Bazar, 02 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabirabadda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

Rayonun 36 yaşayış məntəqəsinin 21 min hektar əkin sahəsinin suvarılmasında olan problemlər aradan qaldırılır.

Kənd təsərrüfatı bitkilərinin inkişafı suvarmadan asılıdır. Düzgün suvarılma məhsuldarlığı dəfələrlə artırdığından ölkəmizdə bu sahə xüsusilə diqqətdə saxlanılır. Əsas əkinçilik sahələri taxıl, pambıq, yonca, tərəvəz və bostançılıq olan Sabirabadda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Prezident İlham Əliyevin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına əsasən Sabirabad rayonunda da bu istiqamətdə əsaslı tədbirlər həyata keçirilir.

Rayonda 21 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılmasını nəzərdə tutan layihə əkin sahəsinin suvarılmasında olan problemləri aradan qaldıracaqdır. Yeni suvarma infrastrukturunun istismara verilməsi mərasimində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ölkə rəhbərliyinin aqrar sektora böyük diqqət və qayğısından danışaraq bildirmişdir ki, bu layihə əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə reallaşdırılan suvarma layihəsidir. Yeni nasos stansiyasının işə salınması sayəsində “Sabir” adına su kanalının altında olan 36 yaşayış məntəqəsinin 21 min hektar əkin sahəsinin suvarılmasında olan problemlər aradan qaldırılacaqdır.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev Prezident İlham
Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsilə bağlı verdiyi tapşırıqları diqqətə çatdırmışdır. Bu tapşırıqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə mart ayında Sabirabad rayonunda bu gün istifadəyə verilən suvarma layihəsinin icrasına başlanmışdır: “Son illər Araz çayından su sərfinin azalması ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Sabir” kanalını Kür çayından qidalandıran “Kürkəndi birləşmiş” Nasos Stansiyaları sırasında yeni bir 2 №-li 3 aqreqatlı “FLYGT” Üzən Nasos Stansiyasının tikintisi başa çatdırılmışdır. Yeni nasos stansiyası Kür çayı üzərində üzən stansiya olmaqla 3 aqreqatlı, hər birinin məhsuldarlığı 1.7 m 3 /saniyə olmaqla ümumilikdə 5.1 m 3 /saniyə su sərfinə malikdir. Aqreqatlar müasir “FLYGT” tipli olmaqla İsveçrədə istehsal olunmuş və mühərriklərinin hər birinin gücü 300 kVt-dır”.

Tədbirdə çıxış edənlər Kürkəndi, Məmişlər, Əhmədabad, Nizami kənd sakinlərindən Zabil Abışov, Gülsura İbadova, Asif Tağıyev, Şahzadə Şahsaddinov, Amil Hümmətov göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə ölkə Prezidentinə müraciət ünvanlanmışdır.

Mərasim iştirakçılarının alqış sədaları altında nasoslar işə salinmışdır.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Kadırov Krasnıy Limandakı uğursuzluğa görə generalı sərt tənqid edib

Van Dammın azərbaycanlı gəlinindən qayınanasına təbrik - Foto

İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirak edib - Yenilənib + Foto

Vüsal Kərimliyə bağlı şirkət “BakıKart”dan milyonlar qazanır – Faktlar

Kremlin planı - Azərbaycan və Ermənistan üçün nələr hazırlanır?

Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq

Ən çox oxunanalar