Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əflatun Amaşov: “Mətbuat Şurasına daxil olan şikayətlərin 30-35 faizi reketçiliklə bağlıdır”

“Dövlət hər bir cəmiyyət üzvünün hüququnun qorunmasına mükəlləfdir. Mətbuat Şurası media ilə ictimaiyyət arasında münasibətləri tənzimləyən ictimai qurumdur. Bu vaxta qədər Mətbuat Şurasına vəzifəli şəxslər, vətəndaşlar tərəfindən 18 minə yaxın şikayət daxil olub”.

Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, şikayətlərin tam əksəriyyəti araşdırılıb: “Bu günlərdə də Mətbuat Şurasına şikayətlər daxil olmaqdadır. Sabah biz iclasımızda bəzi şikayətlərə baxacağıq. Mətbuat Şurası olaraq jurnalistlərə 1000-ə yaxın “press” gödəkçələr də verilib. Biz jurnalistlərin pandemiya dövründə vaksinasiyasını da təşkil etmişik”.

Ə.Amaşov qeyd edib ki, reketçiliklə bağlı məsələlər cinayət işidir: “Azərbaycan mətbuatında reketçilik mövcud olub. Daxil olan şikayətlərin də 30-35 faizi reketçiliklə bağlıdır. Əvvəlki dövrlərə nisbətən indi reketlər daha peşəkarlaşıb. Qanunun sərt üzü üzə çıxmalıdır. Hər iki tərəf cəzalandırmalıdır. Onlar jurnalistikaya cəmiyyəti məlumatlandırmaq üçün gəlməyiblər. Təklif edirəm ki, reketçilik edənlərlə bağlı qanun sərtləşdirilsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar