Bazar, 25 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Qazax şəhərində vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Avqustun 9-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qazax şəhərindəki Gənclər Evində Qazax, AğstafaTovuz rayonlarından olan vətəndaşları qəbul edib.

DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qəbuldan öncə Qazax şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzi ziyarət edilərək əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qazax, AğstafaTovuz rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlarını verib.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Çində hərbi çevriliş olub və Si Tsinpini deviriblər?..

Bandotdel Milli Parkın direktorunu saxladı – “Ecofront” məlumat yaydı

A.Yeniseydən təhsil nazirinə: Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır - Foto

İş adamı: Hökumət imkan versə, bir kisəsi 35 manata əla növ unu Azərbaycana gətirmək olar

“Meyvəli”nin direktoruna məxsus şirkət ləğv olunur – Rəsmi

"Bu dəfə müharibə meydanı Ermənistan olacaq" - Tofiq Zülfüqarov

Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi üçün səsvermə keçirilib - Yenilənib

Sosial şəbəkələrdə dələduzluq edən qadın peyda olub - 60 nəfəri aldatdı - Video 

100-150  manatlıq mebel üçün nazirlik dövlət büdcəsindən 2000-3000 manat istəyir...

Hikmət Hacıyev dünən İran səfiri ilə niyə görüşüb? - Danlaq diplomatiyası...

Azərbaycanda kişi və qadınlar hansı yaşda evlənirlər? – Rəsmi məlumat

Ən çox oxunanalar