Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: “Qrupa düşmək şansından maksimum yararlanmağa çalışacağıq”

“Futbolçularımı təbrik edirəm. Bu gün çox əziyyət çəkdilər".

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la keçirilən cavab oyunu barədə danışarkən deyib.

Bakıda rəqibi ilə bərabərə qalan (1:1) Azərbaycan çempionu “Ferensvaroş”u Macarıstanda 3:1 hesabı ilə məğlub edərək pley-offa yüksəlib və Çexiya təmsilçisi “Viktoriya”ya (Plzen) rəqib olub.

Oyunsonrası mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Komandamız bu gün qalib gəlmək istəyirdi. Kimsə düşünə bilər ki, rahat qalibiyyət əldə etdik. Ancaq çox əziyyət çəkdik. Çox yaxşı komandaya qarşı oynadıq. Hesab tam əksinə də ola bilərdi. Çünki rəqibin də qol imkanları oldu. Futbolçularımın hər birini qucaqlayıram".

- Avropa Liqasının qrupunu artıq təmin etdiniz. Minimum hədəfə çatdınızmı?

- Dəfələrlə demişəm ki, daha da irəli getmək üçün nə qədər şansımız varsa, bundan maksimum yararlanmalıyıq. Rahat olsaq və desək ki, eybi yox, Avropa Liqasının qrupunu artıq təmin etmişik, onda məğlub olarıq. Hər il belə qalibiyyətlər əldə etmək olmur. Qrupa düşmək şansımız varsa, bundan maksimum yararlanmağa çalışacağıq.

- Bakıdakı matçda böyük ajiotaj var idi. Növbəti ev matçının Bakı Olimpiya Stadionunda keçirilmə ehtimalı varmı?

- Bütün oyunlarımızı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmişik. Bəlkə indiki məqamda stadion dəyişmək düzgün olmaz. Amma yenə də bunu Bakıya çatandan sonra müzakirə etmək olar.

- Belə düşünmək olar ki, taktiki baxımdan rəqibin baş məşqçisi Stanislav Çerçesovu üstələdiniz?

- Rəqibin baş məşqçisinə böyük hörmətim var. Bacarıqlı və böyük potensialı olan məşqçidir. Onun futbolçu və məşqçi karyerası məndən üstündür. Bu gün deyə bilmərəm ki, Çerçesova taktiki baxımdan qalib gəldik. İdman elədir ki, eyni komanda həmişə qalib gəlmir. Futbolçularım bu gün qələbəyə layiq idilər. Çünki çox istəyirdilər. Sabah istənilən təcrübəsi aşağı olan məşqçi mənə də qalib gələ bilər. Bu üzdən belə düşünmürəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb, yaxşı sistemləri var. Bu cür ifadə işlətməyim doğru olmaz.

- Kadi Borqesi matçın ən yaxşısı saymaq olar?

- Hər bir futbolçunun sağlam olması məşqçi üçün üstünlükdür. Bəzi lider futbolçular var. Hər bir futbolçunun üzərinə düşən tapşırıq var. Kadi də bu gün çox yaxşı çıxış etdi. Mənim üçün hamı Şahruddindir, Ramildir, Zubirdir. Heç kimi ayırmaq istəmirəm. (Apasport)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalandı - Yenilənib

Tofiq Yaqublu sərbəst buraxılıb- Yenilənib, Video

Rasim Məmmədov: "İşçi nə bilsin ki, Rövnəq Abdullayev, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib"

Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - Video, Yenilənib

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

AMEA-nın yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək - Siyahı

Ən çox oxunanalar