Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhəd kənddə uşaqlar üçün nəzərdə tutulan oyun meydançasının bərpasına başlanılıb

Ötən yazımızda iyunun 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadənin Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının üzvləri ilə görüşməsi barədə məlumat vermişdik.

Gənclərin Qazax rayonunun Fərəhli kəndində olan köhnə təhlükəsiz oyun meydançasının təmir edilərək park kimi əhalinin, xüsusilə də uşaqların istifadəsinə verilməsi təşəbbüsünün elə görüşdəcə rayon rəhbərliyi tərəfindən müsbət qarşılanması, iyunun 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gənclərlə birlikdə Fərəhli kəndində olması, sözügedən oyun meydançasının mövcud vəziyyəti ilə yerində maraqlanması barədə qeyd etmişdik.

Artıq gənclərin irəli sürdükləri təşəbbüs reallaşmaqdadır. Artıq bir neçə gündür ki, uşaqlar üçün yaradılacaq oyun meydançasında işlərə başlanılıb. Hazırda oyun meydançası üçün nəzərdə tutulan ərazinin ətrafına metal dayaqlar basdırılaraq metal tor çəkilir.

Fəaliyyətə başladığı ilk gündən gənclərə daim diqqət və qayğı göstərən rayon rəhbərinin gənclərin bu təşəbbüsünü reallaşdırması, oyun meydançasını istədikləri kimi təmir edərək elə gənclərin adından Fərəhli kəndində yaşayan körpə fidanlara hədiyyə etməsi gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Onu da qeyd edək ki, kənd sakinləri də uşaqlara göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını bildirirlər. Gənclərə nümunəvi təşəbbüslərinə görə təşəkkür edirlər.

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar