Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi Rusiyaya görə Türkiyəyə sanksiya tətbiq edə bilər?

Financial Times iddia edir ki, Brüssel Ankaraya sanksiya tətbiq edəcək və Qərb şirkətlərini, banklarını Türkiyədən çıxaracaq...

İqtisadçı-ekspert: “Avropa Birliyi ölkələri, Qərb dövlətləri Türkiyəyə qarşı hansısa bir sanksiyaların qəbul olunmasında maraqlı deyillər”.

“Danışıqlarda Qərbin deyə bilmədiklərini Türkiyə ifadə edir. Türkiyə ilə Ukrayna arasında olan taxıl anlaşması da bunun ən gözəl, bariz nümunəsidir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Avropa Birliyinin Rusiyaya görə Türkiyəyə sanksiyalar tətbiq edəcəyi iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Financial Times nəşri Avropa Birliyində Türkiyənin Rusiya ilə isti münasibətlərindən, o cümlədən energetika, maliyyə və ticarət əlaqələrinin böyüməsindən narahalıq yaşandığını yazıb. Nəşrin iddiasına görə, Brüssel buna görə Türkiyəni cəzalandıracaq və Ankaraya qarşı sanksiyalar tətbiq edəcək. İlk addım olaraq isə Qərb şirkətlərinin və banklarının Türkiyədən çıxarılması nəzərdə tutulur.

Türkiyənin Rusiya ilə münasibətlərinin Ankara üçün xeyirli və zərərli tərəfləri barədə nə demək olar və Türkiyə Avropa Birliyinin sanksiyaları ilə üzləşərsə, yürütdüyü siyasətdən “gəlirli” çıxa bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Qərb və Avropa Birliyi tərəfindən Türkiyəyə qarşı hansısa ciddi sanksiyaların olacağını düşünmürəm”.

Qərb və Avropa Birliyi tərəfindən hansısa bəyanatların, qətnamələrin ola biləcəyini vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Türkiyəyə qarşı ağır sanksiyaların olması o qədər də real görünmür:

“Düşünürəm ki, Avropa Birliyindən bu tipli bəyanatların səsləndirilməsi sadəcə olaraq bəzi çevrələri sakitləşdirmək üçündür. Avropa Birliyi ölkələri, Qərb dövlətləri Türkiyəyə qarşı hansısa bir sanksiyaların qəbul olunmasında maraqlı deyillər. Çünki Türkiyə faktiki olaraq hazırda Rusiya və Qərb arasında bir körpü, bir pəncərə rolunu oynayır.

Danışıqlarda Qərbin deyə bilmədiklərini Türkiyə ifadə edir. Türkiyə ilə Ukrayna arasında olan taxıl anlaşması da bunun ən gözəl, bariz nümunəsidir.

Buna görə də Qərb və Avropa Birliyi tərəfindən Türkiyəyə qarşı hansısa ciddi sanksiyaların olacağını düşünmürəm. Qərb və Avropa Birliyi tərəfindən hansısa bəyanatlar, qətnamələr ola bilər. Amma Türkiyəyə qarşı sanksiyaların olması o qədər də real görünmür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

İranda etirazçı qadınların 20 yaşlı azərbaycanlı lideri öldürülüb - Video

Qarabağda şəhərsalma işlərini məmur öz oğlunun şirkətinə həvalə edib 

Van Dammın azərbaycanlı gəlinindən qalmaqallı açıqlama

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib - Yenilənib, Video

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub - Yenilənib

Ərdəbil də üsyana qalxdı: Hökumət qüvvələrinin daşlanması -Video

Sərhəddə 17 kilometrlik növbə yaranıb: Rusiyalılar sərhədi piyada keçirlər 

İrandakı etirazlarda ölənlərin sayı 55 nəfərə çatıb - Yenilənib

MŞ İdarə Heyətinin üzvü seçilmiş Niyaz Niftiyev istefa verib

Ən çox oxunanalar