Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva-Yeravan münasibətlərinin gedişatı : “Ermənistanı yox edən güc Rusiya olacaq”

Laçının boşaldılması fonunda ermənilər ruslarla bağlı xəyalqırıqlığı yaşayırlar və Ermənistanda anti-rus əhvalı sürətlə böyüyür...

Politoloq: “Ermənilərin Laçının onlarda qalmaları ilə bağlı nəyə ümid etdiyini mən bilmirəm. Sadəcə ermənilər növbəti dəfə özlərini aldadıblar və indi də isteriya şəkildə öz acizliklərini yaşayırlar”.

Ermənilərin Rusiyaya qarşı xəyalqırıqlığı yaşamaları və rusları xəyanətdə ittiham etmələri təbiidir. Ancaq məsələ ondadır ki, bu rusların da problemi deyil, (onların ermənilərsiz də problemləri başlarından aşır) məhz ermənilərin problemidir”.

Bu sözləri politoloq Zaur İbrahimli Laçının boşaldılması fonunda Ermənistanda anti-rus əhvalının sürətlə böyüməsini PİA.az-a şərh edərkən qeyd edib.

Laçının boşaldılması fonunda ermənilər ruslarla bağlı xəyalqırıqlığı yaşayırlar və Ermənistanda anti-rus əhvalı sürətlə böyüyür. Hətta baş nazir Nikol Paşinyan belə sonuncu hökümət toplantısındakı çıxışında Rusiyaya qarşı tezizlərlə çıxış edib və bu tezislər Rusiyanın artıq Ermənistanı müdafiə etmədiyi istiqamətindədir.

Bir yığın insan isə Fransa səfirliyinin qarşısında etirazlar keçirərək Parisdən bölgəyə sülhməramlı kontinget yeritməyi tələb edirlər. Əslində ermənilər də yaxşı bilir ki, Azərbaycanın razılığı olmadan, ya da BMT TŞ-nin qətnaməsi olmadan beynəlxalq sülhməramlı kontingentin bölgədə yerləşdirilməsi mümkün deyil. Yəni faktiki olaraq beynəlxalq sülhməramlı kontingentin bölgədə yerləşdirilməsi imkansızdır. Digər tərəfdən isə Ermənistanın Rusiya sülhməramlılarından imtinası da mümkün görünmür. Çünki bu halda Ermənistan sadəcə olaraq Üçtərəfli Bəyanatdan çıxmış olacaq ki, bu da Azərbaycanın əl-qolunu açacaq.

Buna baxmayaraq erməni cəmiyyətində bir zamanlar özlərinin müdafiəçiləri olaraq gördükləri Rusiya sülhməramlı kontingentinə qarşı etirazlar böyüyür. Sosial şəbəkələrin erməni seqmentində və erməni mətbuatında isə artıq RusiyaErmənistanın müttəfiqi olaraq görmürlər.

Rusiyapərəstliyi ilə seçilən və Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyasının fəal üzvü Leva Yeqizaryan isə özünün Facebook səhifəsində maraqlı fikirlə çıxış edib. “Ruslar getdikdən sonra biz nə edəcəyik” sualını verən Yeqizaryan bildirir ki, ermənilərin bütün problemləri “Türkmənçay müqaviləsi” ilə başlayıb:

“Ruslar gedəndən sonra biz nə edəcəyik? Yəqin ki, bizə şər gətirən “Türkmənçay müqaviləsi”nin imzalanmasına qədər etdiyimiz edəcəyik. “Türkmənçay müqaviləsi” imzalanana qədər biz türklərlə dinc şəkildə böyür-böyürə yaşayırdıq. Ermənilərin türklərlə münaqişəsin ən azından 300 il idi ki, yox idi. Bizim bütün bəlalarımız 1828-ci ildən sonra başladı. Son iki yüz ildə isə Rusiyanın öz “dostunun”arxasında dayanması ilə bağlı bir misal gətirin. Bizim əcdadlarımız rusların gəlişini alqışladığı kimi, biz də onların gedişini alqışlayacağıq”, deyə Leva Yeqizaryan yazır.

Göründüyü kimi artıq erməni ictimaiyyəti içində də özlərinin çox yaxşı bildikləri və dilə gətirmək istəmədikləri həqiqətləri söyləyirlər. Çünki artıq qondarma “erməni məsələsi” proqramı ilə 200 il müddətində həm bölgə xalqlarına, həm də özlərinə böyük ziyan vurduqlarının fərqindədirlər və artıq “erməni məsələsi” də “gorbagora” doğru yol aldığına görə özlərini heç də təhlükəsizlikdə hiss etmirlər. Bu üzdən də artıq Yeqizaryanlar ortaya çıxır, Azərbaycandan vətəndaşlıq istəyən ermənilər tapılır. Bütün bunlar isə ermənilərin ruslara qarşı böyük xəyalqırıqlığının yaşanması fonunda baş verir. Ermənilər artıq 200 il müddətində mifik “böyük ermənistan”ın onları rusların əlində oyuncağa çevirdiyinin də fərqinə varmaqdadırlar, lakin hələ də son ümid yerləri hələ tükənmədiyi üçün bunu kütləvi şəkildə etiraf edə bilmirlər. Son ümidləri isə Rusiyadan Fransaya, ABŞ-a doğru yönəlməkdədir. Amma ABŞ və Fransa çox uzaqda olduğu kimi, onları Rusiyanın qəzəbinə də gətirə bilər. Ona görə də son nəticədə ermənilərin və Ermənistanın son ümid yeri 200 il müddətində əllərindən gələn hər cür pislikləri etdikləri türklər - Azərbaycan və Türkiyə olacaq.

RusiyaErmənistan münasibətlərinin indiki səviyyəsini PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Zaman keçdikcə Ermənistanla Rusiya arasında iplər bir-bir qopacaq. İplərin tam qopması isə ancaq Rusiyanın ağır geosiyasi məğlubiyyətə uğraması ilə baş verə bilər. Biz sadəcə indi prosesin başlanğıcındayıq”.

Ermənistanın hələ də bir çox sahələrdə Rusiyadan çox asılı olduğunu xatırladan politoloq PİA.az-a bildirib ki, Paşinyanın səylərinə baxmayaraq tezliklə bu vəziyyəti dəyişmək mümkün olmayacaq:

Azərbaycan-Rusiya-Ermənistan liderləri arasında imzalanan 10 noyabr Bəyanatın 6-cı maddəsi Laçın dəhlizi ilə bağlı idi. Həmin maddədə tərəflərin razılığı ilə yaxın üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyunca yeni nəqliyyat marşrutunun tikintisi və Rusiya sülhməramlı kontingentinin bu marşrutun mühafizəsinin təşkil etməsi haqqında ifadə var idi. Həmin bənddə isə ən önəmli cümlə təhlükəsizliyə görə Azərbaycanın məsuliyyət daşımasıdır. Bu isə Laçın dəhlizinin de-fakto ermənilər nəzarətindən çıxması demək idi və bu proses hazırda reallaşmaq üzrədir.

Ona görə də Laçın dəhlizinin ermənilərin nəzarətindən çıxacağı və Laçının boşaldılacağı əvvəldən məlum idi. Xüsusən rəsmi Bakının bu məsələdə heç bir güzəştə getməyəcəyi də bütün maraqlı tərəflər üçün gizli deyildi. Ermənilərin Laçının onlarda qalmaları iıə bağlı nəyə ümid etdiyini isə mən bilmirəm. Sadəcə ermənilər növbəti dəfə özlərini aldadıblar və indi də isteriya şəkildə öz acizliklərini yaşayırlar.

Zaur İbrahimli: “Aydın idi ki, bir neçə milyonluq xalq 50 milyondan artıq insanın yaşadığı Anadolunun yarısına və bütün Kür-Araz ovalığına hökm edə bilməz. Bu fiziki olaraq mümkün deyildi və ermənilər bu xülyanın dalınca gedərkən, artıq öz faciələrini doğurmuşdular”.

Bu baxımdan Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyanı ittiham etməsi, yaxud hər hansı tərəfi günhakar kimi görməsi tipik erməni riyakarlığıdır. Bu məsələlərdə günahkar, təqsirkar yalnız və yalnız ermənilərdir. Onlar Rusiyaya arxalanaarq tarixi Azərbaycan torpaqlarını qəsb etməklə, özününküləçdirməyə çalışmaqla tarixi səhvə yol veriblər və indi bunun travmalarını yaşamaqdadırlar. Onlar apardıqları işğalı öz gücləri ilə deyil, məhz Rusiyanın gücü ilə aparırdılar ki, indi bu güc onların arxasında azacıq görünməyəndə ermənilərin də nə qədər aciz və yazıq xalq olduğu ortaya çıxır. Bu, həmçinin ermənilər üçün ibrətdir, son 200 ildə ölkəmizə və Türkiyəyə qarşı irəli sürülən ərazi iddiaların sonunda puç olacağı, aydın idi. Aydın idi ki, bir neçə milyonluq xalq 50 milyondan artıq insanın yaşadığı Anadolunun yarısına və bütün Kür-Araz ovalığına hökm edə bilməz. Bu fiziki olaraq mümkün deyildi və ermənilər bu xülyanın dalınca gedərkən, artıq öz faciələrini doğurmuşdular. Əgər ermənilər tarix səhnəsində qalmaq istəyirlərsə, bu gün Qarabağda baş verənlər onlar üçün dərs olmalıdır. Yox əgər dərs çıxara bilməyəcəklərsə, bu onların problemi və onların özlərinə yaşatdıqları faciədir.

Bu fonda ermənilərin Rusiyaya qarşı xəyalqırıqlığı yaşamaları və rusları xəyanətdə ittiham etmələri təbiidir. Ancaq məsələ ondadır ki, bu rusların da problemi deyil, (onların ermənilərsiz də problemləri başlarından aşır) məhz ermənilərin problemidir. Çünki Rusiyanın alətinə çevrilib qonşularının qəniminə çevrilən ermənilərdir və bunun da hesabını verəcəklər.

Rusiya Ermənistan münasibətlərinin indiki səviyyəsindən danışarsaq, mən yaxın zamanda Rusiya-Ermənistan münasibətlərində xüsusi dəyişiklik gözləmirəm. Çünki 200 il müddətində ermənilər özlərinin bütün iplərini rusların əlınə elə bir şəkildə veriblər ki, bir dönüşlə o iplərdən qurtulmaq mümkün deyil. Ancaq yaşananlar Ermənistanın Rusiyadan ikman daxilində uzaqlaşması üçün yetərlidir və bu proses başlayıb. Rusiya isə bütün imkanları ilə bu prosesə mane olmağa çalışacaq ki, bu da Cənubi Qafqazda Azərbaycanın hakim mövqeyini daha da gücləndirəcək.

Zaur İbrahimli: “Ermənistanı yox olmaqdan qorumaq üçün bu yolu seçməlidir. Ermnənistanı yox edən güc isə Azərbaycan və Türkiyə deyil, daha çox Rusiya ola bilər”.

Hesab edirəm ki, zaman keçdikcə Ermənistanla Rusiya arasında iplər bir-bir qopacaq. İplərin tam qopması isə ancaq Rusiyanın ağır geosiyasi məğlubiyyətə uğraması ilə baş verə bilər. Biz sadəcə indi prosesin başlanğıcındayıq və bu prosesin sürəti Rusiyanın bir neçə cəbhədə apardığı geosiyasi mübarizənin nəticəsindən asılı olacaq.

Paşinyan komandası üçün Kremlə qarşı ictimai rəyin güclənməsi isə müsbət amildir. Özlərinin uğursuzluqlarını da Moskvanın təsiri amili ilə izah etməyə çalışırlar, müxlifəti diskreditasiya edirlər. Amma bu da uzun sürməyəcək. Çünki Ermənistanın düşdüyü vəziyyət onun kiməsə sığınmasını tələb edir. Ən doğru yol isə Azərbaycan və Türkiyə ilə münasibətləri sağlamlaşdırıb, qarşlıqlı etimad platforması yaratmaqdır. Əgər Ermənistanda azacıq olsa strateji düşünən siyasətçi varsa, Ermənistanı yox olmaqdan qorumaq üçün bu yolu seçməlidir. Ermnənistanı yox edən güc isə Azərbaycan və Türkiyə deyil, daha çox Rusiya ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Gəlin S-400-ləri Azərbaycana verək" — Generaldan şok açıqlama

Güney Azərbaycanın həyati problemi: Kürd separatizmi...

Bakıda toy sahiblərini kütləvi şəkildə aldatdılar - Administrator tutuldu

Neftçinin baş məşqçisi ilə arvadının əlbəyaxa dava görüntüləri yayıldı - Video

Şuşaya ilk daxil olan kəşfiyyatçılardan biri məktəb direktoru təyin olundu

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

Şəhid bulağının krantını qıranın qulağını kəsən şəxslə bağlı hökm oxundu 

“Hansısa “ağır çəkili” nazirin tapşırığına görə 6 kilometr artıq yol getməli oluruq” – Video

Lavrov Ukraynada hansı halda nüvə silahı tətbiq ediləcəyini açıqlayıb

İran polisi etirazçı qadınları gülləbaran etdi - Foto, Video

Ən çox oxunanalar