Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda şəhid kapitan Pərviz Məmmədov doğum günündə anılıb

Bu gün 09.08.2022-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günüdür.

Məmmədov Pərviz Ələddin oğlu 09.08.1989-cu il tarixində Tovuz rayonu,Çeşməli kəndində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçmüşdür. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak etmişdir və Fizuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə 30.09.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn olunmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda” medallı ilə təltif olunmuşdur.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.

Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə düzəldilmiş şəhid bulağının açlışı olmuş, bulağın qarşısına əklil və gül dəstələri qoyulmuşdur. Bundan sonra İcra Hakimiyyətinin rəhbər şəxsləri,rayon ictimaiyyət nümayəndələri, din adamları şəhidin evini ziyarət etmişdir.

Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır. Şəhidin doğum gününün televiziya vasitəsi ilə işıqlandırılması təmin edilmişdir.

Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar