Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə Ermənistan arasında nə baş verir?

Ermənistan parlamentinin iqtidaryönlü millət vəkili Qarabağdakı Rusiya sülhməramlıları məsələsində YerevanMoskva arasında fikir ixtilafı olmasına dair iddiaları rədd edib.

Bu iddialar Qarabağda ötən həftə baş vermiş qanlı toqquşmalardan sonra səslənmişdi. Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Vigen Xaçaturyan avqustun 8-də deyib ki, Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı YerevanMoskva arasında “gərginlik” və ya “fikir ayrılığı” yoxdur.

Avqustun ilk günlərində Ermənistanı Qarabağa birləşdirən Laçın dəhlizi boyunca erməni və Azərbaycan silahlı qüvvələri arasında toqquşmalar baş verib. Ötən həftə baş vermiş toqquşmalarda iki erməni və bir azərbaycanlı əsgərin həlak olduğu xəbər verilmişdi.

Avqustun 4-də Ermənistan Azərbaycanı atəşkəsin pozulmasında ittiham etmiş, Nikol Paşinyan isə Rusiyanın sülhməramlı əməliyyatına “düzəliş” edilməsinə çağırmışdı.

Azərbaycan atəşkəsi pozmasına dair Ermənistanın ittihamlarını rədd edib və Yerevanı üçtərəfli bəyanatın şərtlərini pozmaqda günahlandırıb.

Paşinyan təklif etmişdi ki, Qarabağdakı Rusiya sülhməramlılarına “daha geniş beynəlxalq mandat” verilsin: "Əgər biz görsək ki, həll üçtərəfli bəyanat formatında alınmır, onda əlavə beynəlxalq mexanizmlərin işə salınması barədə düşünməliyik”.

Ertəsi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva Paşinyandan sülhməramlı qüvvələrin mandatının dəyişdirilməsinə dair heç bir konkret təklif almayıb. O demişdi ki, Rusiya sülhməramlıları ərazidə vəziyyətin stabilləşdirilməsi üçün bütün səylərini göstərir.

Lakin Ermənistan XİN-in sözçüsü Vahan Hunanyan avqustun 5-də deyib ki, Yerevan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı narahatlıqlarını Moskvaya hələ 2021-ci ilin fevralında çatdırıb. Ermənistan XİN həmin məktubun təfərrüatları barədə məlumat verməyib.

ErmənistanRusiya rəsmiləri arasında belə deyişmə YerevanMoskvanın münasibətlərində gərginliyin yarandığəna dair söz-söhbətə rəvac vermişdi. Lakin deputat Xaçaturyan avqustun 8-də bildirib ki, burada söhbət daha çox anlaşılmazlıqdan gedir:

"Mən düşünmürəm ki, Xarici İşlər Nazirliyi bu sənədin bütün təfərrüatlarını açıqlamalıdır. İndiyədək bu barədə deyilənlər yetərlidir”.

Daha sonra avqustun 8-də xəbər verilmişdi ki, prezident Vladimir Putin və Paşinyan Qarabağda yaranmış vəziyyəti telefon söhbətində müzakirə ediblər. Parlamentdəki Hayastan müxalifət fraksiyasının deputatı Geğam Manukyan deyib ki, Ermənistanın Rusiya sülhməramlı kontingentinin səmərəliliyini necə artırmaq istədiyi aydın deyil:

"Biz ilk növbədə Rusiya sülhməramlı kontingentinin sayca artırılması məsələsini müzakirə etməliyik. İkincisi biz Rusiya qüvvəsindən necə istifadə olunması məsələsinə baxmalıyıq”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar