Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiyanı yer üzündən silməklə hədələdi: “Qətiyyətli və sürətli cavab olacaq...” 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukraynaya qarşı nüvə silahı tətbiq etməyəcək, nədən ki, bilir, bu, NATO-nun qətiyyətli cavabına səbəb olacaq.

"AzPolitika.info” xəbər verir ki, bu barədə amerikalı diplomat, ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker danışıb (TSN).

Onun sözlərinə görə, belə silahın tətbiqi təqdirində Rusiya mövcudluğunu itirəcək.

“Biz, heç bir riskə yol verməməliyik. Hətta əgər bu, 2 faiz olsa da, həddən artıq çoxdur. Heç kim nüvə silahı ilə işləmək istəmir. Əgər Putin strateji silah tətbiq edərsə, Qərb tərəfdən, NATO tərəfindən qətiyyətli və sürətli cavab olacaq və Rusiya olmayacaq”, derə Volker qeyd edib.

“Taktiki silaha və onun tətbiq olunmaq imkanlarına gəlincə, onların tətbiqi hərbi doktrina əsasında olar - nə zaman ki, onların ölkəsinə hücum edirlər və onlar məğlub olurlar, o zaman onlar bu silahı heç bir şərt olmadan tətbiq edirlər, amma sual yaranar ki, əgər onlar ərazi zəbt ediblərsə, nüvə silahının tətbiqindən sonra belə ərazi kimə lazım olarmış?”, deyə diplomat izah edir.

Volker əmindir ki, hətta belə əmrin olduğu təqdirdə Rusiya komandanlığı onu yerinə yetirməyəcək: “Heç kim müşahidə etməyəcək ki, müasir dünyada nüvə silahından istifadə həyat norması olsun. Bayden və Ostin dəfələrlə xəbərdarlıq ediblər ki, əgər nüvə silahı tətbiq edilərsə, bu, NATO tərəfindən cavab doğuracaq. Rusiyalılar bunu bilirlər, ona görə heç nə etməyəcəklər.

Üçüncü səbəb, Rusiya hərbçiləri bütün nəticələrini anlayaraq, bu etməzlər. Putin başa düşər ki, ona tabe olmaya bilərlər və belə əmr verməz…”, deyə diplomat yekun vurub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar