Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1.6 manatlıq şirkətlə yarım milyonluq müqavilə – Cənub rayonları üçün “tender canavarı”

Lerik Rayon İcra Hakimiyyəti “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 557 323.77 AZN olan müqavilədə Lerik şəhərinin avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

Açıq mənbələrdə “Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur. Zaur Abıyevin adı isə “MTN işi”ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib. O, ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb.

Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib.

Zaur Abıyevin sözlərinə görə, həmin dövrdə rəhbərlik etdiyi şirkət Saatlı Olimpiya İdman Kompleksinin tikintisini də həyata keçirib. “İntensiv-Servis” şirkətinin yerinə yetirdiyi işlər üçün “Elnur-2”nin təsisçisi öz vəsaiti hesabına tikinti materialları alıb, sonradan hesaba gələn pullar təchizatçıların hesablarına və əməkdaşların əməkhaqlarına xərclənib.

Araşdırmalarımız zamanı o da bəlli olub ki, “Elnur-2” şirkəti əsasən cənub rayonlarından sifariş alır. Şirkət 2020-2022-ci illərdə Astara Rayon İcra Hakimiyyəti ilə ümumi maliyyə dəyəri 1 312 858.53 AZN təşkil edən 4, Lerik Rayon İcra Hakimiyyəti ilə ümumi maliyyə dəyəri 2 897 333.27 AZN olan 8, Masallı Rayon İcra Hakimiyyəti ilə isə ümumi maliyyə dəyəri 1 432 530.83 AZN olan 3 satınalma müqaviləsi imzalayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar