Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2 ay əvvəl yaranan şirkət DİN-dən 143 minlik tender uddu

Daxili İşlər Nazirliyinin Xətai rayon Mühafizə İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 96 min 844 manat 90 qəpik olan tender müsabiqəsinin qalibi “Papirus DM” MMC (VÖEN- 1102590561) olub.

“Papirus DM” MMC Xətai rayon Mühafizə Şöbəsinə dəftərxana və təsərrüfat malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Papirus DM” MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Xarici Dairəvi, ev 45-da yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Xudayar Məqatil oğludur.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət  – “Papirus DM” MMC tender müsabiqəsinin başlamasından cəmi ay yarım əvvəl dövlət qeydiyyatına alınıb.

Suraxanı rayon Mühafizə İdarəsi tender müsabiqəsini (Kotirovka sorğusu) iyun ayının 7-də elan edib. Tender müsabiqəsinin qalibi olan “Papirus DM” MMC isə aprel ayının 25-də dövlət qeydiyyatına alınıb.

Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi ay yarım əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
“Papirus DM” MMC qısa müddət ərzində Binəqədi, XəzərSuraxanı rayon Mühafizə İdarələri tərəfindən keçirilən tender müsabiqələrində də qalib olub. MMC qeydiyyata alındıqdan qısa müddət sonra DİN-dən ümumilikdə 143 min manatlıq tender udub.

Onu da qeyd edək ki, aprel ayının 25-da Cəfərov Xudayar Məqatil oğlunun qanuni təmsilçi olduğu və hüquqi ünvanı Lökbatan ŞTQ, Xarici Dairəvi, ev 45 yerləşən daha 2 şirkət - “Bellor TT” MMC (VÖEN-1102590971) və “Cəfərli Tikinti” MMC (VÖEN-1102590841) də dövlət qeydiyyatına alınıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar