Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Broker” Əbülfəz Məlikov həbs olunub? - Yenilənib

06 avqust 2022-ci ildə Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin vəsatətinə baxılıb.

PİA.az bizimxeber.az-a istinadən xəbər verir ki, vəsatətə baxan məhkəmə Əbülfəz Məlikovun barəsində həbs qətimkan tədbiri seçib.

Əbülfəz Məlikov illər ərzində müxtəlif adamların adına yaratdığı saxta şirkətlər vasitəsi ilə apardığı maliyyə əməliyyatları ilə dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Qeyd edək ki, Məlikov Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Onun “gömrük monopoliyaları”, "Broker" şəbəkə maxenasiyaları, saxta nağdlaşdırma şirkətləri barədə mətbuatda illərdir yazılar yayılırdı.

***

Azərbaycanın gömrük sistemində xüsusi rola sahib olan “Trans Broker” MMC-nin keçmiş rəhbəri, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikovun həbs olunduğ iddia olunur.

PİA.az xəbər verir ki, bu barədə gundelik-baku.com saytı məlumat yayıb. Saytın yazdığına görə “Broker” ləqəbli iş adamı Əbülfəz Məlikov saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunur ki, Əbülfəz Məlikovun işbirlikçisi və şəriki Əliyar adlı şəxsin də həbs olunacağı gözlənilir.

Xatırladaq ki,Əbülfəz Məlikov uzun müddət rəhbərlik etdiyi “Broker” MMC vasitəsi ilə Azərbaycan gömrüyünü idarə edib və faktiki rəhbərliyi həyata keçirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar