Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ərdoğanla niyə görüşüb? - "The Guardian" nəşri

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Soçi görüşü dünyada əks-səda doğurub.

Dünya mətbuatının nüfuzlu nəşrləri görüşə manşetlərdə yer veriblər.

“The Guardian” Türkiyə və Rusiya nümayəndə heyətləri arasında danışıqların məhsuldar keçdiyini, Ərdoğanın Putinlə Suriya və Ukraynadakı hadisələri müzakirə etdiyini yazıb. “Putin və Ərdoğan Soçidə gizli görüş üçün bir araya gəldi” başlıqlı məqalədə Rusiya liderinin taxıl daşımalarının bərpasındakı roluna görə türk həmkarına təşəkkür etdiyi bildirilib.

Nəşr qeyd edb ki, Putinin Ərdoğanla görüşdə maraqlı olması təsadüfi deyil, o, Ukrayna müharibəsinə görə Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməyə çalışır.

“Financial Times” Rusiya və Türkiyə liderlərinin Qara dəniz sahilindəki şəhərdə keçirilən görüşdə ticarət və investisiya razılaşmalarını da müzakirə etdiklərini yazıb: “Putin və Ərdoğan iqtisadi əlaqələri dərinləşdirməyə söz verdi”.

Moskva Ukrayna müharibəsi ilə bağlı Qərbin tətbiq etdiyi sanksiyaların şokunu yatırmağa çalışır. Cümə günü Soçidə 4 saat davam edən görüşdən sonra hər iki tərəf ticarət həcmini artırmağa, iqtisadi və enerji əlaqələrini dərinləşdirməyə söz verən birgə bəyanat verdi”, - nəşr qeyd edib.

Görüşün təfərrüatlarının canlı yayımlandığı “Əl-Cəzirə”nin xəbərində Putinin Ərdoğana Moskva ilə Ankara arasında ticari və iqtisadi əlaqələri yaxşılaşdıracaq bir müqavilə imzalamağa ümid etdiyini dediyi bildirilib.

“Foreign Policy” isə Ərdoğanın yeni Suriya əməliyyatı üçün Putinlə görüşdüyünü iddia edib: “Türkiyə lideri xüsusi hərbi əməliyyata hazırlaşarkən üç həftə ərzində ikinci dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşür”.

Nəşr xatırladaq ki, Putin və Ərdoğan sonuncu dəfə üç həftə əvvəl İranın paytaxtı Tehranda görüşüb. Mənbə hər iki ölkənin Ukraynadakı müharibə ilə bağlı fikir ayrılıqlarına baxmayaraq diplomatik addımlar atdığını vurğulayıb: “Ən diqqət çəkəni Ukraynanın Qara dəniz limanlarından taxıl daşımalarının yenidən başlaması ilə bağlı razılaşma oldu”.

“Associated Press” Ərdoğan-Putin görüşünün gündəmində birinci yerdə Ukrayna və Suriya olduğunu iddia edib.

Rusiya və Türkiyə liderlərinin iki həftə ərzində ikinci dəfə görüşdüklərini bildirən “Röyter” taxıl dəhlizi razılaşmasının NATO üzvü Türkiyə ilə hər iki tərəf arasında diplomatik təmasların vacibliyini ön plana çəkdiyini yazıb.

Xəbərdə Türkiyənin Rusiyanın hücumlarını tənqid etməsinə və Ukraynaya silah göndərməsinə baxmayaraq, Moskvaya qarşı sanksiyalar tətbiq etməməklə Qərb müttəfiqləri ilə əlaqələrini pozduğu da iddia olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

İranda etirazçı qadınların 20 yaşlı azərbaycanlı lideri öldürülüb - Video

Qarabağda şəhərsalma işlərini məmur öz oğlunun şirkətinə həvalə edib 

Van Dammın azərbaycanlı gəlinindən qalmaqallı açıqlama

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib - Yenilənib, Video

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub - Yenilənib

Ərdəbil də üsyana qalxdı: Hökumət qüvvələrinin daşlanması -Video

Sərhəddə 17 kilometrlik növbə yaranıb: Rusiyalılar sərhədi piyada keçirlər 

Rusiyada məktəbdə atışmada ölənlərin sayı 15-ə çatıb - Yenilənib, Video

Türkiyəyə ekstradisiya edilən kürd terrorçuları Ermənistanda nə edirdilər?

Ən çox oxunanalar