Yay mövsümündə daha çox şimal istiqamətində Quba, Qusar və Nabrana sərnişin axını çoxdur.
Bunu Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.
Bildirilib ki, cənub marşrutu üzrə Masallı və Lerik rayonlarına, şimal-qərb marşrutu üzrə İsmayıllı, Qəbələ, Qax, Zaqatala rayonlarına səfər edən sərnişinlər üstünlük təşkil edir.
Ümumiyyətlə intensiv sərnişin axını Gəncə, Qazax və Mingəçevir istiqamətlərindədir.
pia.az