Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tikinti materialları altı ay ərzində 15 %-ə qədər bahalaşıb

Bu ilin əvvəli ilə müqayisədə altı ayın yekununda Azərbaycanda tikinti materialları ümumilikdə 8-15 % bahalaşıb.

Bu barədə “Report”a açıqlamasında ölkədəki qiymətləndirmə şirkətlərindən birinin baş mütəxəssisi Tural Bağırov məlumat verib.

O, ayrı-ayrı materialların qiymətində aşağıdakı tendensiyaların olduğunu qeyd edib:

“İlin əvvəli ilə müqayisədə sürtkü və boya məhsulları 15 % civarında bahalaşıb. Bunun səbəbi daşıma və xammal qiymətlərinin artmasıdır. Taxtanın bir kubunun qiyməti hazırda 410 manatdır. Diktin qiyməti son zamanlar kəskin artıb. İlin əvvəlində 6 metrlik dikt 11 manat idisə, indi 17-18 manat olub. Əlcək, çəkic, mismar, laqonda daşları kimi məhsulların qiymətində 35-36 % artım olub. İlin əvvəlində aldığımız qaynaq elektrodları 11 manat idisə, indi 15-16 manatdır. 15-lik metal boruların qiyməti 1,8 manatdan 2,5 manata qədər yüksəlib".

Bununla yanaşı, onun sözıərinə görə, zavod istehsalı olan armaturların qiyməti ilin əvvəlində 1 400-1 500 manat idi, indi 1 250 manata enib: "Sexdə istehsal edilən armaturların qiyməti isə o qədər də dəyişməyib. Qum, çınqıl daşları kimi materrialların qiymətində cüzi bahalaşma olub. Misin qiyməti bir ildə 80-100 % artığı üçün kabellər də bu qədər bahalaşıb. Plastik borular, kanalizasiya və su borularının xammalı əvvəllər İran və Türkiyədən alınırdı. İndi İrandan gəlmir. Onların xammalı Koreya, Türkiyə və Dubaydan gəlir və qiymətləri 30 % artıb. Buna görə də bu məhsullar bahalaşıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar