Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfət Qocayev "Batabat"ın təsisçiliyindən çıxdı – Təfərrüat

Qocayev Əbülfət Novruz oğlu "Batabat" MMC-nin (VÖEN-0200004821) təsisçiliyindən çıxdığını elan edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Batabat" MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Əbülfət Qocayevin MMC-dəki payı 6 manat olub.

Məlumat üçün bildirək ki, "Batabat" MMC 28.07.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Abdullayev Həsən Məmməd oğludur. Rəsmi məlumatlarda şirkətin hüquqi ünvanı göstərilməyib.

“Batabat” MMC barəsində açıq internet resurslarda geniş məlumat mövcud deyil. Yalnız ötən il MMC-nin adı mətbuatda yer alıb. “Batabat”ın adı Ağsu rayonunun Bico kəndində yerləşən 200 hektarlıq torpaq qalmaqalında çəkilir. Bir qrup kənd sakini iddia edir ki, bələdiyyə onlara məxsus torpağı qanunsuz şəkildə “Batabat” MMC-yə icarəyə verib.

Onu da bildirək ki, Qocayev Əbülfət Novruz oğlu adlı şəxs eyni zamanda ölkənin ən böyük meyvə-tərəvəz bazarı olan “Meyvəli”nin qanuni təmsilçisidir. 2008-ci ildə dövlət qeydiyyatına alınan “Meyvəli” MMC-nin (VÖEN-1401353861) hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu, ev 57–də yerləşir.

Əbülfət Qocayev 2016-cı ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. Bu qurum 2018-ci ildə ləğv olunub və onun bazasında “Aqrar tədarük və təchizat” ASC yaradılıb. Yeni qurumun İdarə Heyətinin sədri Aqil Quliyev olub.

Qeyd edək ki, mətbuatda Əbülfət Qocayevin daxili işlər naziri Vilayət Eyvazovun qayını (həyat yoldaşının qardaşı) olduğu barədə məlumatlar yayılıb və bugünə kimi təkzib olunmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar