Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbul imtahanında ən çox bal toplayanların uğur sirri: “Getmə deyənlər çox oldu”

“Bir insanı sağaldıb, üzündə təbəssüm yaratmaq ən böyük xoşbəxtlikdir. O xoşbəxtliyi onlara vermək istədim”.

Bunu Oxu.Az-a müsahibəsində IV ixtisas qrupu üzrə 700 bal toplayan Nigar Ağazadə deyib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 3-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərin sayını açıqlayıb. Ümumilikdə 38 nəfər yüksək nəticə göstərərək 400 bal toplayıb.

Oxu.Az həmin zəkalardan ikisi ilə həmsöhbət olub.

Nigar Ağazadə 700 balı ikinci cəhddə toplayıb:

- Maksimum nəticə göstərib, ölkə birincisi olmusunuz. 700 bal toplamaq uşaqlıq arzunuz idi?

- Məncə, bu, bir çox abituriyentlərin arzusudur. Çünki bütün suallara düzgün cavab vermək mükəmməlikdir. Lakin maksimum balı toplamaq xəyalım idi. Uşaqlıqdan həkim olmaq istəyirdim. Amma daha sonra IV ixtisas qrupu sırf çətin olduğu üçün həmin ixtisas üzrə imtahan verməkdən vaz keçdim. 10-cu sinifdə I ixtisas qrupu üzrə hazırlaşırdım. Sonradan bunun səhv olduğunu anladım. Ətrafda IV ixtisas qrupuna hazırlaşanları görəndə dedim ki, “mənim onlardan əskiyim yoxdur, bunu bacaracam”. Və uşaqlıqdan olan arzumu həyata keçirmək üçün irəlilədim. IV ixtisas qrupuna 10-cu sinfin sonunda hazırlaşmağa başladım. Bir il hazırlaşdım və gözlənilən nəticəni əldə etdim.

- Yəqin ki, Tibb Universitetində təhsil almağı düşünürsünüz. Hansı ixtisas üzrə mütəxəssis olmağı planlaşdırırsınız?

- Tibb fakültəsi üzrə təhsil almağı düşünürəm. Əvvəllər o fakültənin adı Müalicə işi idi. Hələlik kardioloq olmağı düşünürəm. Elmi cəhətdən fəaliyyətimi davam etdirmək istəyirəm. Elə xəstəliklər var ki, ancaq əməliyyat etməklə aradan qaldırılır. Amma mənim bir xalam var. O, ürək xəstəsidir. Əməliyyatdan çox qorxur. Mənə həmişə deyir ki, “elə bir dərman kəşf et ki, insanlar əməliyyatsız sağala bilsinlər”. Bəlkə də, elə bir dərman, vasitə tapıla bilər ki, əməliyyatdan qorxanları sağaltmaq mümkün olsun.

- Universitetə hazırlaşdığınız dönəmdə hansı çətinliklərlə üzləşdiniz?

- Qəbul proqramı çətindir. Altı fənni çatdırmaq böyük işdir. Özü də 11-ci sinifdə dərslər karantin dövrünə təsadüf etməmişdi. Mümkün qədər məktəbə gedib-gəlirdim. Bütün bunları çatdırmaq çətin olurdu. Sosial şəbəkələrdən bacardığım qədər az istifadə edirdim. Bəziləri ilə əlaqəmi tamamən kəsmişdim. Özümü bütün tədbirlərdən, məclislərdən məhrum etmişdim. Lakin uğuru qazanıb, geriyə baxanda deyirəm ki, “yaxşı ki, həmin şeylərə yox demişəm”.

- İlk imtahandan yüksək nəticə əldə etmişdiniz. İkinci cəhd imtahanında nəticə gözlədiyiniz kimi olmaya da bilərdi. İmtahanda iştiraka heç tərəddüd etdinizmi?

- İlk imtahandan 697 bal toplamışdım. Üç bala görə 700 balı itirmək mənə çox pis təsir etdi. İkinci cəhd imtahanını verib-verməməyə çox tərəddüd edirdim. Getmə deyənlər də çox oldu. Lakin qərara gəldim ki, ən yaxşısı - imtahanda iştirakımdır. Peşman olmaq istəmirdim. Qorxum var idi ki, 697-dən daha az toplayaram. Lakin sınadım və alındı.

Ailəm həmişə mənə dəstək olub. Amma mənim hazırlaşdığım dönəmdə əziyyətimi görürdülər və dincəlməyimi istəyirdilər. Ehtiyac olmadığını bildirirdilər. Qayğımı çəkirdilər. Lakin mən 700 bal toplamaq istədiyimi dedim. Bundan sonra təbii ki, dəstək oldular.

- Həkim olmaq arzunuz haradan qaynaqlanıb? İdeal olaraq seçdiyiniz şəxs var idimi?

- Ailədə həkim yoxdur. Nənəm əczaçı olub. Həkimlik sənəti çox çətindir. Çox oxumaq tələb edir. Mən oxumağı, araşdırma aparmağı və insanlara dəstək olmağı çox sevirəm. Onları daim sevindirmək istəyirəm. Mən ixtisas seçimində də buna önəm verəcəkdim. I ixtisas qrupunda qalsaydım, kompüter mühəndisliyini seçməzdim. Çünki ünsiyyət yoxdur. Bir insanı sağaldıb, üzündə təbəssüm yaratmaq ən böyük xoşbəxtlikdir. O xoşbəxtliyi onlara vermək istədim.

- Təhsilinizi xaricdə davam etdirmək istəyərsiniz?

- Məktəbdə uğurlu olduğum kimi, universitetdə də belə olmağı düşünürəm. Universiteti bitirdikdən sonra və ya bir müddət burada oxuduqdan sonra təhsilimi xaricdə davam etdirmək istəyərəm. Bitirdikdən sonra Vətənimə qayıdıb, mütəxəssis olaraq fəaliyyət göstərmək istəyərəm. Almaniyada davam etdirməyi düşünürəm. Çünki orada tibbin, həqiqətən, inkişaf etdiyini deyirlər.

- Birinci cəhd imtahanında hansı sual 700 bal toplamağa əngəl oldu?

- Fizika fənnindən bir sual məni geri saldı. Diqqətsizlik etdim. Bu səbəbdən 700 bal toplaya bilmədim. Lakin fizika mənim çəkindiyim fənn deyildi. Biologiya fənnindən ehtiyat edirdim. Çünki bir il hazırlaşmışdım. Nəticəmin kifayət etməyəcəyindən ehtiyat edirdim. İmtahandan ən böyük qorxum biologiyadan idi. Lakin əksi oldu.

- Ölkə üzrə ən yüksək nəticə göstərdiyinizi biləndə hansı hissləri keçirdiniz?

- İmtahandan gələndən sonra bütün sualları düzgün cavablandırdığımı gördüm. 700 balı gözləyirdik. Lakin kodlaşdırmada səhv ola bilərdi. Tərəddüd içərisində idim. İnana bilmirdim. Çox sevindim. Hisslərimi ifadə edə bilmirəm. Məqsədimə çatdığıma görə çox xoşbəxt idim. Zəhmətimin yerdə qalmaması məni sevindirdi.

- Son olaraq abituriyentlərə nə demək istəyirsiniz?

- Bu uğurun yarısı mənim, böyük bir qismi valideynlərimin və müəllimlərimindir. Hər zaman mənə dəstək olublar. Burada önəmli olan çox çalışqan olmaqdır. Vaxtı səmərəli istifadə etmək lazımdır. Çünki bir çox abituriyent 10-cu sinifdən hazırlığa getməyə başlayır. İki il ərzində universitetə hazırlaşmağa çalışır. İki ili xüsusi dəyərləndirmək lazımdır. 10-cu sinifdə nə qədər çox oxusa, 11-ci sinifdə o qədər rahat olacaq. 11-ci sinif çünki çox çətin olur. İki ili mümkün qədər optimal istifadə etsinlər. Uşaqlar heç vaxt müəllimlərindən səhvlərini gizlətməsinlər. O zaman hər şey çox gözəl olacaq.

I ixtisas qrupu üzrə 596 bal toplayan Nihat Əlizadə isə Nigarın üç balı itirməyinə səbəb olan fizika fənnindən 27 test tapşırığına doğru cavab yazıb:

- İlk cəhd imtahanından 520 bal topladım. Məktəbin rekord nəticəsini yeniləmək üçün imtahan verdim və nail ola bildim. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsi üzrə təhsil almağı düşünürəm.

Nihat deyir ki, ən böyük arzusu beynəlxalq səviyyədə tanınan riyaziyyatçı olmaqdır:

- Təhsilimi burada davam etdirməyi düşünürəm. Avropa ölkəsi olaraq İngiltərə, qeyri-Avropa isə ABŞ-ı seçərəm. Uğur qazanmağın başlıca şərti zəhmətdir. Uğur qazana bilməyəndə təzyiqlər olmamalıdır. Hər şeyə alternativ var. Riyaziyyatdan fərqli üsulları sırf özüm öyrənmişəm. Xüsusi araşdırma aparmışam.

Nihat topladığı 596 balın bu qədər ajiotaj yaradacağını düşünmədiyini söyləyir:

- Çox sevindim. Bir başqa hissdir. Riyaziyyata uşaqlıdan marağım olub. Abituriyentlərə tövsiyəm odur ki, öz sevdikləri peşəni oxusunlar. Bala görə ixtisas seçməsinlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar