Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: “Rusiyanın Qarabağ münaqişəsini yenidən dondurmaq planları iflasa uğrayıb” – Müsahibə

Siyasi analitik: “Azərbaycan sədəcə olaraq belə əməliyyatlarla Rusiyanın nəzərinə çatdırır ki, proseslərin uzanması Moskva üçün də əlverişli deyil və proseslər uzanarsa, Bakı maksimal tələblərini reallaşdıra bilər”.

“Dünən keçirilən “Qisas” əməliyyatından sonra isə demək olar ki, yaxın zamanda biz Üçtərəfli Bəyanatın yerinə yetirilməsi ilə bağlı Ermənistan tərəfinin real addımlarını görəcəyik”.

Bu sözləri siyasi analitik Fərhad Məmmədov PİA.az-a verdiyi müsahibəsində qeyd edib.

Dünən baş tutan “Qisas” əməliyyatından sonra yaranmış vəziyyəti, Rusiyanın “yeni Qarabağ strategiyasını” və sabah Soçidə baş tutacaq Ərdoğan-Putin görüşməsini PİA.az-ın əmkdaşı “Valday” Beynəlxalq Diskusiya Klubunun eksperti, Prezident Adminstasuyası yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) keçmiş rəhbəri, siyasi analitik Fərhad Məmmədovla müzakirə edib.

PİA.az Fərhad Məmmədovla müsahibəni təqdim edir:

- Fərhad bəy, AzərbaycanErmənistan xarici işlər nazirlərinin Tbilisidə görüşündən sonra Qarabağ ətrafında vəziyyət gərginləşdi və artıq demək oalr ki, vəziyyət 2020-ci ildə müharibədən öncəki vəziyyəti xatırladır. Azərbaycanın dünən keçirdiyi “Qisas” əməliyyatından sonra vəziyyəti necə dəyərləndirərdiz? Dünən keçirilən əməliyyat bölgədəki status-kvoya təsir edə bilərmi?

- Tbilisi görüçündən bir gün əvvəl Azərbaycan prezidenti Ermənistan tərəfini açıq şəkildə xəbərdarlıq etmişdi və bildirmişdi ki, hər şey Tbilisi görüşünün nəticələrindən asılı olacaq. Dünən keçirilən “Qisas” əməliyyatı onu göstərdi ki, Tbilisidə xoşa gələn bir nəticə əldə olunmayıb. Daha doğrusu bu görüş nəticəsiz olub. Görüşdən sonra Ermənistan rəhbərlərinin davranışları da onu göstərdi ki, onlar Azərbaycan liderinin sərt xəbərdarlığını olduğu kimi qəbul etməyiblər və təbii ki, bu onların problemi idi. Görünən o oldu ki, Ermənistan tərəfi Azərbaycanın Üçtərli Bəyanatın maddələrini həyata keçirmək üçün siyasi qərarlar qəbul etmədi. Ancaq Ermənistan Təhlükəsizlik Şurasının katibi bir neçə müsahibəsində müəyyən fikirlər səsləndirdi ki, bu fikirlər də tam aydın deyildi və fərqli dəyərləndirmələrlə müşahidə olunurdu.

Əslində bu Ermənistanın prosesi növbəti dəfə manipulyasiya etmək cəhdi idi və öz mövqeyini açıq şəkildə ortaya qoyan Azərbaycanı qane etmədi. Azərbaycan üçün proritet olan məsələ Üçtərəfli Bəyanatın yerinə yetirilməyən maddələrinin həyata keçməsidir. Ermənistan isə yenə vaxt istəyir ki, bu da Azərbaycan üçün qəbuledilməz idi.

Dünən keçirilən “Qisas” əməliyyatından sonra isə demək olar ki, yaxın zamanda biz Üçtərəfli Bəyanatın yerinə yetirilməsi ilə bağlı Ermənistan tərəfinin real addımlarını görəcəyik. Buna misal olaraq bu gün səhərdən yeni “Laçın dəhlizi”nin Ermənistandan tərfində olan kiçik hissəsində işlərin başlanmasını göstərə bilərik. Bu gün səhər yayılan məlumatlardan görürük ki, Ermənistan həmin əraziyə texnika cəlb edib və yolun tikintisinə başlayıb. Bəzi məlumatlara görə isə AzərbaycanLaçın dəhlizi”nin köçürülməsi üçün Ermənistana sentyabrın 1-nə qədər vaxt verib. Yəni dünən Qriqoryanın səsləndirdiyi yolun üçtərəfli olaraq planlanmasının razılaşdırılması ilə bağlı səsləndirdiyi sərsəm fikir artıq gündəlikdə deyil.

Fərhad Məmmədov: “Azərbaycan ordusu qısa müddətdə kreativ və kiçik əməliyyatlar nəticəsində öz tələblərini həyata keçirə biləcək gücdədir”.

Status-kvo məsələsinə gəlincə isə 44 günlük Vətən müharibəsindən sonra münaqişə ətrafındakı köhnə status-kvo dəyişib. Yeni status-kvo isə hələ ki, yoxdur, yeni status-vo sadacə formalaşmaq prosesi içindədir və bu proses Ermənistanla yekun sülh müqaviləsi imzalandıqdan sonra bitəcək. Çünki status-kvo dayanıqlı bir prosesdir. İndiki halda münqaişə ətrafında yeni status-kvo yaranmaqdadır və təbii ki, bu status-kvonu Azərbaycan formalaşdırır. Ona görə də dünənki hadisələri yeni status-kvonun yaranma prosesinin bir mərhələsi olaraq dəyərləndirmək olar.

- Rusiyanın dünənki hadisələr reaksiyası barədə nə demək olar? Hesab edirsinimi ki, Moskva vəziyyəti idarə edə bilir?

- Rusiya münaqişədə birbaşa iştirak edən tərəfdir və srağagün Rusiya rəhbərlərinin həm Ermənistan, həm də Azərbaycan rəhbərləri təmasları olub. Rusiyanın müdafiə naziri Sergey Şoyqu hadisələrdən bir gün əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənovla telefonda danışıb. Yəni Rusiya istər Azərbaycanın tələblərindən, istərsə də Ermənistanın mövqeyindən xəbərdardır.

Rusiyanın mövqeyi odur ki, hazırkı vəziyyətdə bölgədə böyük müharibə olmasın. Bu Rusiyanı beynəlxalq siyasətdə vəziyyətini daha da artıra bilər. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistanın böyük müharibə üçün nə resursu, nə də ordusu var. Daha doğrusu Ermənistan ordusuna, ordu deyiləcək mənəvi kriteriyalar yoxdur. Ermənistanın müharibə aparmaq üçün heç silah-sursatı da yoxdur. Ona görə də Azərbaycan ordusu qısa müddətdə kreativ və kiçik əməliyyatlar nəticəsində öz tələblərini həyata keçirə biləcək gücdədir.

Bunu Yeravanda da, Moskvada da yaxşı bilirlər və hesab edirəm ki, Moskva rəsmi Bakının tələblərini minimal şəkildə reallaşması üçün addımlar atacaq.

Azərbaycan sədəcə olaraq belə əməliyyatlarla Rusiyanın nəzərinə çatdırır ki, proseslərin uzanması Moskva üçün də əlverişli deyil və proseslər uzanarsa, Bakı maksimal tələblərini reallaşdıra bilər. Ona görə də Rusiya öz imicini qorumağa çalışaraq Ermənistana diplomatik təzyiqlər edəcək. Əgər bu diplomatik təzyiqlər Ermənistan üçün yetərli olmazsa, hesab edirəm ki, Moskva Bakını keçirəcəyi hərbi əməliyyatlara səssiz qalacaq və dözüm nünayiş etdirəcək.

Fərhad Məmmədov: “Rusiyanın strategiyası ondan ibarət idi ki, müharibənin yaratdığı vəziyyəti yeni status-kvoya çevirsin və bölgədə dominantlığı daha da gücləndirsin. Bu strategiya bundan sonrakı prosesi dondurmağa hesablanmışdı”.

Ən azında Qarabağdakı ermənilərin tərksilah olunması, “Laçın dəhlizi”nin köçürülməsi tez bir zamanda öz həllini tapmalı, “Zəngəzur dəhlizi”ndə isə tikinti işlərinə başlanılması rəsmi Bakının yaxın zamandakı gözləntiləridir. Bu gözləntilər özünü doğruldandan sonra isə yekun sülhdən danışmaq mümkün olacaq.

- 10 noyabr bəyanatı ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməyən və öz hesabatlarında Qarabağdakı qanunsuz silahlılardan qanuni hal kimi bəhs edən Rusiyanın “Qarabağ strategiyasında” hansısa dəyişiklik hiss edirsinizmi? Sizcə ABŞ-ın regionda aktivləşməsinə qarşı Moskvanın reaksiyası hiss olunurmu?

- 44 günlük müharibədən sonra Qarabağa sülhməramlı adı altında ordu yeridən Rusiyanın strategiyası ondan ibarət idi ki, müharibənin yaratdığı vəziyyəti yeni status-kvoya çevirsin və bölgədə dominantlığı daha da gücləndirsin. Bu strategiya hər iki tərəfi, xüsusən də Azərbaycanı öz silahlı qüvvəsi qorxu altında saxlamağa və bundan sonrakı prosesi dondurmağa hesablanmışdı. Yəni Rusiya heç bir halda Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəməyən tərəfdir və bu olarsa, Rusiyanın da bölgədəki geosiyasi mövqeyi zəifləyə bilər. Ona görə də Ermənistan tərəfi bu günə qədər Üçtərəfli Bəyanatın maddələrini yerinə yetirməkdən yayına bilr. Çünki özünün Rusiya tərəfindən müdafiə olunduğunu və əslində Rusiyanın strategiyasını həyata keçirdiyini düşünür.

Diqqət edirsinizsə, ən adi gərginlik fonunda Ermənistan Rusiyadan hərbi dəstək gözləyir və bu olmadıqda Ermənistandan Rusiyaya qarşı ittihamlar və iradlar səsləndirilir. Ermənistan bilməlidir ki, əgər sən müstəqil dövlətsənsə, onda öz təhlükəsizliyini də özün təmin edə biləmlisən. Əgər sən təhlükəsizliyini özün müdafiə edə bilmirsənsə və üstəlik işğalçı siyasət yürüdürsənsə, o zaman sən anormal bir dövlətsən.

44 günlük müharibədən sonra Azərbaycan ilk gündən bəyan elədi ki, Rusiyanın “yeni Qarabağ strategiyası” ilə razılaşmır və bu platforma üzərindən də ardıcıl olaraq öz siyasətini yürütdü və hazırkı məqamda çatdığı nöqtə onu göstərir ki, Azərbaycan Rusiyanın “yeni Qarabağ strategiyası”nın qarşısını ala bilib. Bu ciddi bir uğurdur və artıq demək olar ki, Rusiyanın “Qarabağ münaqişəsini yenidən dondurmaq və yeni status-kvo yaratmaq planları iflasa uğrayıb.

Azərbaycan aradan keçən iki ilə yaxın müddətdə öz vəziyyətini daha da yaxşılaşdırıb və Ermənistana təzyiq etmək üçün daha çox vasitələr əldə edib. Azərbaycan Rusiyanın mövqeyindən çəkinmədən mərhələli şəkildə bu təzyiq vasitələrindən istifadə edib və artıq demək olar ki, bu siyasət uğurla nəticələnməkdədir.

Diqqət yetirsək görərik ki, bu zaman çərçivəsində Rusiyanın əsas məqsədlərindən biri sülhməramlıların mandatını təsdiq edilməsi və müddətin uzadılması idisə, bu gün bu məsələ heç müzakirə mövzusu da deyil. Əksinə dünən Rusiya tərəfi özü də etiraf etdi ki, atəşkəsin pozulmasının qarşısını almaq üçün sülhməramlılar mandata sahib deyillər.

Fərhad Məmmədov: “Ermənistan bilməlidir ki, əgər sən müstəqil dövlətsənsə, onda öz təhlükəsizliyini də özün təmin edə biləmlisən. Əgər sən təhlükəsizliyini özün müdafiə edə bilmirsənsə və üstəlik işğalçı siyasət yürüdürsənsə, o zaman sən anormal bir dövlətsən”.

Biz tam əminliklə deyə bilərik ki, Rusiyanın bu strategiyası da özünü doğrultmadı. Əlbəttə ki, bu məsələdə Ukrayna müharibəsinin təsirləri də var. Çünki Rusiyanın resursları hazırda kəskin şəkildə məhdudlaşıb. Amma bu da artıq Azərbaycanın problemi deyil, Rusiyanın problemidir.

Rusiya tərəfindən bəzi ekspertlər iddialar irəli sürürlər ki, Azərbaycan Rusiyanın Ukrayna ilə müharibədə düşdüyü zəif vəziyyətdən yararlanır. Amma Rusiya rəsmiləri bunu demirlər axı. Ruisya prezidenti də, təbliğatçıları da, siyasi və hərbi rəhbərliyi də bir ağızdan deyirlər ki, Ukraynada həyata keçirilən “xüsusi hərbi əməliyyat”la bağlı heç bir problem yoxdur və hər şey plana doğru gedir. Rusiya prezidenti onu da vurğuladı ki, Rusiya Ukraynada heç ciddi müharibə də aparmır və bu sadəcə sıradan bir hərbi əməliyyatdır. Onlar deyirlər ki, Rusiya əvvəlki qədər güçlüdür və biz də rəsmi Rusiyanın mövqeyinə görə dəyərləndirmə aparırıq.

Azərbaycan öz tələblərini Ukrayna müharibəsindən öncə, fevralın 22-də Ukraynada müharibə başlamamışdan bir gün əvvəl müttəfiqlik sazişinin Moskvada imzalandığı zaman dilə gətirmişdi və prezident İlham Əliyev Kremldə öz iradların Putinin üzünə söyləmişdi. O zaman Rusiya əvvəlki kimi güçlü idi və Ukraynada bir gün sonra başladılan “xüsusi hərbi əməliyyatın” bir həftə ərzində bitəcəyini planlayırdı.

Yəni Azərbaycan hələ o vaxt Qarabağdakı silahlıların tərksilah olunmasını əsas proritet olaraq ortaya qoymuşdu. Ona görə də Rusiydan eşitdiyimiz bəzi çatlaq səslərin və iradların heç bir əsası yoxdur. Çünki o vaxt Rusiyanın bütün resurları və gücü yerində idi.

- Avqustun 5-də Soçidə Türkiyə və Rusiya prezidentləri görüşəcək. Bəzi rus analitiklər hesab edirlər ki, bu görüşdə Ukraynada müharibənin dayandırılmasına yardım əvəzinə Putin Ərdoğana ya Suriyanı, ya da Qarabağı güzəştə gedə bilər. Ukraynanın Rusiyanın şərtləri ilə sülhə getməsi heç də inandırıcı görünmədiyi halda, belə bir yanaşmanı nə qədər ciddi qəbul edirsiniz? Ümumiyyətlə Rusiyanın Türkiyə ilə ittifaqını sürdürə bilməsi üçün Moskvanın Qarabağ məsələsində, ya da Suriyada Ankaraya güzəştə getməsinə ehtimal verirsinizmi?

- Sabah Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Ərdoğanla Putinin görüşü barədə çoxlu sayda kospiroloji iddialar irəlü sülür. Amma biz real proseslərdən danışmalıyıq. Rusiya ilə Türkiyə arasında həyata keçirilən siyasət reallıqlar üzərində aparılır və adətən gündəmdəki reallıqlar üzərində həyata keçirilir. Rusiya-Türkiyə münasibətlərinə hətta elmi politologiya dairələrində artıq ad da verilib. Onlar bu münasibətləri “rəqabətli əməkdaşlıq” adlandırılar. Çünki Türkiy-Rusiya münasibətləri çox ziddiyətli və bir-birlərini qəbul edən, birlərinə qarşı dözümlülk nümayiş etdirən münasibətlərdir. Maraqları toqquşsa belə, hər iki ölkə bir-birilərinin maraqlarına hörmətlə yanaşırlar və bu iki ölkə arasındaki münasibətlərdə əsas önə çıxan məsələrdən biridir. Hər iki tərəf açıq mübarizədə digər tərəfin qələbəsini qəbul edir ki, bu da Rusiyanın bir çox ölkələrlə münasibətində müşahidə olunmur.

Fərhad Məmmədov: “Düşünmürəm ki, Rusiya və Türkiyə liderlərinin Soçidəki görüşlərində tərəflər bir-birlərinə nəsə verib alsınlar, ya da bağışlasınlar. Bu Türkiyə-Rusiya münasibətlərinin xarakterinə ziddir”.

Ukrayna müharibəsinin yaratdığı şərait Türkiyənin regional mövqelərini gücləndirib və bir çox məsələlərdə Türkiyə və Rusiyanın maraqları üst-üstə düşməkdədir. Rusiya da, Türkiyə də yaşı bilirlər ki, Suriyada, ya da başqa bir bölgədə yeni münaqişə ocaqlarının yaranması, Moskva və Ankaranın hərbi qarşıdurmaya sövq edilməsi onalrın maraqlarına uyğun deyil. Bu hər iki tərəf üçün aydındır. Ona görə də hesab edirəm ki, hər iki tərəf bir-birinə qarşı yuxarıda da qeyd etdiyim kimi səbr və hörmətlə davranacaqlar və ortaq maraqları reallaşdırmaq üçün çalışacaqlar. Bu ilk növbədə Rusiya-Türkiyə münasibətlərinin ana xətt olduğu üçün, düşünürəm ki, Suriya məsələsində də bu çərçivədən çıxış edəcəklər.

Azərbaycan məsələsinə gəldikdə isə, Ermənistandan fərqli olaraq Rusiya Azərbaycanı müstəqil subyekt kimi qəbul etməlidir və Moskvanın bəzi yanaşmalarında bu özünü göstərir. Moskva başa düşməlidir ki, Azərbaycan və Cənubi Qafqaz məsələləri Rusiya-Türkiyə münasibətlərinə təsir edir.

Ancaq Azərbaycanın öz gündəliyi var və bu gündəlik ölkənin bütün ərazilərində Bakının suvernliyinin təmin olunmasıdır. Azərbaycan bu gündəliyi həyata keçirmək üçün öz gücündən, öz resurslarından istifadə edir və Ermənistan kimi kimlərinsə ona nərisə bəxş etməsi siyasətini güdmür. Azərbaycan müharibəni də, siyasi həmlələrini də öz gücüylə həyata keçiri. Moskvanın isə bunu anlaması və qəbul etməsi gərəkir.

Azərbaycan bütün siyasətini öz gücü ilə həyata keçirir və təbii ki, Türkiyə də bütün məsələlərdə Azərbaycaını müttəfiqi kimi çıxış edir. Bu isə təbiidir. Azərbaycan Ermənistanın Rusiyadan istədiyi kimi özünün ermənilərdən müdafiə olunmasın Türkiyədən istəmir.

Digər tərəfdən Azərbaycan həm də bəyannamə səviyyəsində Rusiya ilə də müttəfiq qismində çıxış edir. Azərbaycan yürütdüyü siyasətlə, atdığı addımlarla bütün tərəfləri və ölkələri fakt qarşısında qoyur və düşünürəm ki, dünən baş verənlər də belə hadislərdən biri idi.

Ona görə də düşünmürəm ki, Rusiya və Türkiyə liderlərinin Soçidəki görüşlərində tərəflər bir-birlərinə nəsə verib alsınlar, ya da bağışlasınlar. Bu Türkiyə-Rusiya münasibətlərinin xarakterinə ziddir.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar