Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: Aİ enerji böhranı fonunda Azərbaycanla fəal dialoq aparır

Avropa İttifaqı (Aİ) enerji böhranı fonunda Azərbaycanla qaz tədarükünün artırılması ilə bağlı fəal dialoq aparır

“Report” xəbər verir ki, bu barədə Türkiyənin tanınmış “Star” qəzeti yazıb.

Nəşr qeyd edib ki, Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən təbii qaz qıtlığı yaşayan Avropa çarəni qardaş ölkə Azərbaycanda tapıb. 2022-ci ilin sonuna kimi təbii qaz tədarükü üzrə rekord hədəf qoyan Azərbaycanın qaz təchizatının həcmini 11 milyard kubmetrə çatdıracağı gözlənilir.

Bildirilir ki, Avropa İttifaqının (Aİ) xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel İttifaqın Norveç, Əlcəzair və Azərbaycandan daha çox təbii qaz almaqda irəliləyişə nail olub.

Azərbaycan 2022-ci ilin sonuna qədər TAP və TANAP vasitəsilə Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır, 2023-cü ildə isə qaz tədarükünün həcminin 11 milyard kubmetrə çatacağı gözlənilir.

İyulun 18-də AzərbaycanAvropa Komissiyası arasında enerji sektorunda strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Aİ və Azərbaycan enerji böhranı fonunda qaz tədarükünün artırılması ilə bağlı fəal dialoq aparır. Aİ-Azərbaycan enerji əməkdaşlığı yeni səviyyəyə yüksəlib və Cənub Qaz Dəhlizi çərçivəsində davam edir. Aİ öz enerji təchizatının şaxələndirilməsinə böyük əhəmiyyət verir və bu baxımdan Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət kəsb edir”, - “Star” vurğulayıb.

Nəşr xatırladıb ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinin 2020-ci il dekabrın 31-də başa çatması ilə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb: “SGC (Cənub Qaz Dəhlizi -red) Xəzər və Yaxın Şərq regionlarından Avropaya təbii qaz nəqli marşrutu üzrə Avropa Komissiyasının təşəbbüsüdür. Azərbaycandan Avropaya marşrut Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarətdir.

Ötən il TAP Avropaya 8,1 milyard kubmetr qaz nəql edib. Azərbaycan 2022-ci ilin sonuna kimi Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır, 2023-cü ildə isə qaz tədarükünün həcminin 11 milyard kubmetrə çatacağı gözlənilir”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar