Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Kapital bankomat"da bir göz qırpımında oğurluq, və ya... - Daxili İşlər nazirinə  müraciət

Maraqlıdır bu kameralar kiminsə klipini çəkir, yoxsa ərazini nəzarət altında saxlayır?

Hörmətli cənab nazir!

Bu gün (02.08.2022) səhər saatlarında üzləşdiyim problem həm bir vətəndaş, həm də jurnalist olaraq məndə haqlı suallar və narahatlıqlar yaratdı. Hər bir insanın üzləşə biləcəyi sıradan bir problemin bu qədər qəlizləşdirilməsi və həll olunmaması ölkənin bank sektorunun xidmət və təhlükəsizlik sistemində ciddi qüsurların olmasını göstərir. Odur ki, bu məsələni şəxsən diqqətə götürmənizi və gələcəkdə belə halların baş verməməsi üçün yol verilən nöqsanların aradan qaldırılmasına yardımçı olmanızı xahiş edirəm.

02.08.2022-ci il səhər saat 11-43-də İnşaatçılar metro stansiyasının yaxınlığında "Kapital Bank"ın qarşısında olan bankomatdan həmin banka məxsus olan kartdan 1100 manat pul çıxarmaq məqsədilə əməliyyat aparmışam. Sadəcə olaraq fikirli olduğum üçün kodu və məbləği daxil etmiş, amma əməliyyat başa çatdıqdan sonra kartı götürsəm də pulu götürmədən bankomatdan uzaqlaşmışam. Bir neçə dəqiqədən sonra pulu götürmədiyimi başa düşərək geri qayıtsam da artıq bankomatda pul yox idi. Kartı təkrar bankomata daxil etdikdə məbləğin balansdan çıxdığını göstərdi. Eyni zamanda kartın balansından 1100 manat məbləğin çıxarılması barədə bildiriş də SMS vasitəsilə müvafiq telefon nömrəsinə göndərilib.

Pulun bankomatda olmamasından sonra ortada iki versiya qalır- ya kimsə məndən sonra pulu oradan götürüb, ya da təyin olunan vaxt bitdikdən sonra əskinaslar yenidən bankomata qaytarılıb.

Dərhal yaranan problem barəsində 102 çağrı mərkəzinə, banka müraciət etmişəm. Məsələnin maraqlı tərəfi odur ki, bankomatla əməliyyat bilavasitə "Kapital Bank"ın İnşaatçılar filialının qarşısında baş tutub və artıq gün bitməsinə baxmayaraq problemi həll etmək mümkün olmayıb. 29-cu polis bölməsinin əməkdaşları 2 saatdan artıq bankda əməliyyat aparsalar da saatı, dəqiqəsi məlum olan bir hadisənin sonunu müəyyən etmək mümkün olmayıb. Bizdə olan məlumata görə, ilkin olaraq hətta "Kapital Bank"ın təhlükəsizlik əməkdaşları və hal-hazırda həmin filialın müdir əvəzi vəzifəsini icra edən Anar adlı şəxs belə əməliyyatçı polislərin xidmətinə mane olmuşdur.

Daima ölkənin bank sektorunda liderliyi ilə öyünən Kapital Bank saat 11-43-də baş vermiş bir əməliyyat barəsində son informasiyanı hələ də təqdim edə bilmir. Məlum deyil ki, pul başqası tərəfindən götürülüb, yoxsa yenidən bankomata qayıdıb. Maraqlıdır ki, hər tərəfdə, həmçinin bankomatın özündə də təhlükəsizlik kameraları olduğu halda hələ də pulun kiminsə tərəfindən götürüldüyü, yoxsa bankomata geri qayıtması müəyyən edilməyib. Konkret vaxt məlum olduğu halda bankomatın qarşısından düz-əməlli görüntü əldə etmək mümkün deyil. Maraqlıdır bu kameralar kiminsə klipini çəkir, yoxsa ərazini nəzarət altında saxlayır? 2 saat ərzində 29-cu Polis bölməsinin əməkdaşları bankda təhqiqat aparsalar da problemi aydınlaşdıracaq görüntülər əldə etmək mümkün olmayıb.

Necə olur ki, şəhərin mərkəzində, ölkənin ən böyük banklarından birinin binası qarşısında təhlükəsizlik kameraları düz-əməlli görüntülər çəkə bilmir. Bu bank sistemində ciddi təhlükəsizlik zəifiyyətinin hökm sürdüyünün göstəricisidir. Məntiqlə belə çıxır ki, sabah bankomatın özünü də oradan aparsalar heç kimin xəbəri olmayacaq və ətrafdakı kameralar hadisədən başqa hər şeyi çəkəcək ! bu hadisə istənilən vətəndaşın başına gələ bilər. Deməli bizim pullarımız heç də etibarlı şəkildə mühafizə olunmur və banklar, xüsusilə "Kapital Bank" təhlükəsizlik kameraları ilə kino çəkməklə məşğuldur.(Xatırladım ki, bu gün elə milli kino günümüzdür). Bəs təhlükəsiz şəhər sistemi necə işləyir ki, adi bir hadisənin görüntülərini əldə etmək mümkün deyil.

Hörmətli cənab nazir !

Bir daha baş verənlərdən sonra istər paytaxtın, istərsə də bank sektorunun ciddi təhlükəsizlik nöqsanlarının olması qənaətinə gəlmişəm. İnanıram ki, sizin xüsusi diqqətinizdən sonra hamımız üçün əhəmiyyətli olan bu problem həll olunacaq, bank sektorunda təhlükəsizlik kameralarının, eləcə də təhlükəsiz şəhər sisteminin normal fəaliyyəti tənzimlənəcək! (rubrika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar