Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana dilimiz milli sərvətimizdir - Foto

Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə bu mövzuda tədbir keçirilib.

Avqustun 1-də Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.  Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə  açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanın həyatında önəmli tarixlərdən birini qeyd etdiyimizi vurğulayıb: “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər birinizi təbrik edir və bir daha bu çağırışı səsləndiririk ki, ana dilimizi hər zaman sevək və sevdirək. Dil hər bir dövlətin, xalqın varlığının təqdimatıdır.”

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev bildirib ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir: “Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil. Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin və ədəbiyyatımızın qorunması prioritet məsələ olub. Dahi şəxsiyyət daim bu çağırışı edirdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bir ideya - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidir. Bu çağırış özündə milli-mənəvi dəyərlərimizin, dilimizin, adət-ənənələrimizin inkişaf etdirilməsini, onların yad təsirlərdən qorunmasını özündə ehtiva edir. İnkaredilməz faktdır ki, hər bir xalqın, millətin təqdimatında onun dili müstəsna rol oynayır. Əbəs yerə deyilmir ki, bir milləti, xalqı məhv etmək istəyirsənsə, onun dilini əlindən al.”

“Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik son 19 ilin reallıqlarında öz əksini tapır”, - söyləyən Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ümumilikdə dilimizin inkişafına, onu yad təsirlərdən qorunmasına yönələn mühüm addım, ən əsası milli sərvətimizə bağlılığımızın nümunəsidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Fərrux Rüstəmov çıxış edərək bildirib ki, sovet dövründə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda Ulu Öndər Ana dilinin - Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirirdi: “Lakin hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması və inkişaf etdirilməsində Ana dilinin müstəsna rol oynadığını deyən ulu öndər Heydər Əliyev Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirirdi. Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən idi. Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq milli dillərin sıxışdırılması tədricən gücləndirilirdi. Ümummilli lider Heydər Əliyev Ana dilinin inkişafı üçün qətiyyətlə çalışırdı. Belə ki, Sovet rejiminin tüğyan etdiyi bir vaxtda bu çağırışı edirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq Ana dilində oxumaq imkanı ilə təmin olunur. Beləliklə, SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Azərbaycan Konstitusiyası layihəsinin ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş iclasda ulu öndər Heydər Əliyev qətiyyətlə bildirmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu təklif yekdilliklə qəbul edildi və Azərbaycan SSR-də dövlət dili Azərbaycan dili oldu.”

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər  Heydər Əliyevin siyasətində azərbaycançılıq ideologiyasının inkişafı, o cümlədən dilimizə diqqət və qaysı əsas məsələlərdən olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan milli Konstitusiyamız  1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Ana dili ilə bağlı məsələ Azərbaycan Konstitusiyasının 21-ci maddəsində öz əksini belə tapdı: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.

204 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əntiqə Qasımova çıxış edərək bildirib ki, Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.

257 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Ələsgərova isə çıxışında qeyd edib ki, dilə sevgi olan yerdə uşaqlar doğma ana dilimizi, Azərbaycan dilini dərindən öyrənəcək, ana dilimizə məhəbbətlə bağlanacaqlar.

YAP Xətai rayon təşkilatının Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Emil Aslanlı çıxışında vurğulayıb ki, Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və xarici təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlarda ümumi fikir bu oldu ki, Azərbaycan dili milli sərvətimizdir və onu qorumaq hər birimizin vətəndaşlıq borcudur.

Fotolar

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar