Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soçidə Putin Ermənistanı “qızıl məcməyidə” Ərdoğana bağışlayacaq - Onun başqa yolu yoxdur...

Putinin Paşinyanı intriqalar vasitəsi ilə hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri o qədər kobud və yöndəmsiz uyğulanıb ki, bu ancaq Rusiya prezidentinə olanetimadı sarsıdıb və imicinə ziyan vurub...

Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı qarşılamağa hazırlaşır. Rusiya prezidenti nəticələri olan bir görüşün baş tutacağına və Ərdoğanın ona bir neçə istiqamatdə güzəştə gedəcəyinə ümid edir. Bununla yanaşı Putində bir sıra məsələlərdə Ərdoğana güzəştə getməyə hazırdır. Xüsusən də Ermənistanla bağlı.

PİA.az xəbər verir ki, bu barədə məlumat “Generall SVR” Teleqram kanalındqa yayılıb.

“Generall SVR” yazır ki, Putin son zamanlar Ermənistan rəhbərlliyinin yürütdüyü siyasətdən həddindən artıq narazıdır və onun fikrincə Rusiya üçün bu ağır zamandan istifadə edərək Yeravan Mockvanın təsir dairəsindən uzaqlaşmağa çalışır. Putin isə Ermənistanla məşğul olmağa vaxtı belə yoxdur. Putin çox səmimi qaydada Paşinyana nifrət edir və bu özündənrazı adamı erməni siyasətinin yarıtmaz personası kimi qəbul edir.

Putinin Paşinyanı intriqalar vasitəsi ilə hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri o qədər kobud və yöndəmsiz uyğulanıb ki, bu ancaq Rusiya prezidentinə olan etimadı sarsıdıb və imicinə ziyan vurub. Buna görə də artıq Putin zəhlətökən Ermənistanı “qızıl məcməyidə” Ərdoğana bağışlamaq istəyir.

Bundan başqa Putin Ərdoğana Çini Orta Asiyadan çıxartmaq üçün Ərdoğana alyans təklifi verməyə hazırlaşır. “Generall SVR” yazır ki, Putin Putin Türkiyəni Çindən daha kiçik bəla hesab edir və buna görə də Orta Asiyada Türkiyənin mövqelərinin güclənməsi üçün Ərdoğan xeyrinə bir neçə məsələdə geri çəkiləcək.

Putinin Soçidə Ərdoğana güzəştə gedəcəyi məsələlər bunlardır. Ərdoğandan isə Putin Ukrayna rəhbərliyinə təzyiq etməsini, sanksiyalardan yayınmaq üçün kömək göstərməsini, NATO-da digər müttəfiqlərdən fərqli fikir yürütməsini, Ukraynaya silah yollamaqdan imtina etməsini və bir sıra digər məsələlərdə kömək istəyəcək.

Putinlə Ərdoğanın görüşlərinin ənənlərinə uyğun olaraq Ərdoğan Putinin təklif etdiyi hər şeyi, bəlkə də daha çoxunu götürəcək və daha az güzəştə gedəcək. Lakin Rusiya prezidentinin başqa yolu yoxdur. O, Ərdoğanın verdiyi sözlərə inanmaq məcburityyətindədir. Ərdoğan yeganə liderdir ki, Putin ona ümid edə bilər. Amma bu fayda verməyəcək...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar