Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmin gələcək statusu, bizim milli statusumuzdur - Zahid Orucdan şərh

Azərbaycan elminin nüvəsini təşkil edən AMEA öz funksiyasını yerinə yetirə bilirmi?..

Millət vəkili: “İlk növbədə biz ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş strateji hədəflərə alimlərimizin nə dərəcədə cavab verdiyini, bu yöndə aparılan siyasətin uyğun olub-olmadığını qiymətləndirməliyik”.

“AMEA-nın başlıca hədəfi bir olmalıdır:Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan elmi-texniki tərəqqidən, xüsusilə də kommunikasiya inqilabından geri qalmamalıdır”.

Bu sözləri millət vəkili Zahid Oruc son zamanlar elmdə baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Dünən ölkə prezidenti İlham Əliyev Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyinə çevrilməsi üçün çox mühüm fərman imzladı, həmçinin AMEA-nın bir çox elmi institutlarını və qurumlarını yenidən formalaşdırılan nazirliyin tabeçiliyinə verdi.

Bundan əvvəl isə AzTv başda olmaqla bir sıra KİV-lərdə AMEA-nın fəaliyyəti kəskin tənqid olunmuşdu. Qeyd edək ki, Ramiz Mehdiyev AMEA prezidenti olandan sonra Azərbaycan elminin inkişafının əsas nüvəsi olacaq, lakin fatiki ola bilməyən və akademik elitanın “cənnət bağına” çevrilən bu qurum ardıcıl olaraq tənqidlərin hədəfinə çevrilmişdi. İttihamlar daha çox AMEA-nın siyasiləşməsi və hətta müxalif mərkəzə çevrilməsi ilə bağlı idi. Çoxlarına görə AMEA sadəcə Azərbaycan dövlətçiliyinə qarşı Rusiya tərəfindən yaradılan “5-ci kolonun” mərkəz yuvası idi.

Bütün bu təlatümlərdən sonra AMEA-nı demək olar ki, yerlə bir edən “zəlzələ” özünü çox gözlətmədi. Dünən prezidentin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyası əsas güc və səlahiyyətlərini itirdi və formal bir quruma çevrildi. Bunu hətta qeyri-rəsmi “ləğv” də adlandırmaq olar.

Əslində AMEA müstəqilliyimizdən ötən 31 il ərzində Azərbaycan elminə heç bir fayda verməmişdi və yəqin ki, bundan sonra da verməyəcək. Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan elminin inkişaf mərkəzi olacaq bu qurum sadəcə bir yığın akademik elitanın “yeyib yağlandığı bir istirahət mərkəzinə” çevrilmişdi və bu “mərkəz” Azərbaycandan daha çox Rusiyanın maraqlarına xidmət edirdi. Bütün bunları nəzərə alarsaq, AMEA-nın “qol-budağının budanmasındansa”, ümumiyyətlə ləğv olunması daha məqsədə uyğun olardı. Çünki ordakı “5-ci kolon akademiklərin” tövbə edəcəkləri heç də inandırıcı görünmür...

Bəs Azərbaycan elminin nüvəsini təşkil edən bu qurum öz funksiyasını yerinə yetirə bilirmi? Ümumiyyətlə 31 il müddətində AMEA-nın fəaliyyəti Azərbaycan elminə hansısa töhvələr veribmi?

AMEA-nın fəaliyyətini PİA.az-ın əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Orucla müzakirə edib.Xatırladaq ki,müsahibimizlə söhbəti prezident fərmanından öncə aparmışdıq və hər zaman “qabaqlayıcı ideyalar və təşəbbüslər müəllifi” kimi tanıdığımız millət vəkilinin təhlilləri bu dəfə də heyrətamiz oldu.

Zahid Oruc: “Elmli gəncləri hüquqi-sosial imtiyazlarla, müxtəlif proqramlara cəlb etməklə dönüşə nail olmalıyıq”.

“Elm günü”nün hətta alimlərimizin yadından çıxdığını vurğulayan millət vəkili PİA.az-a açıqlamasında bildirib ki, son illərdə AMEA-da baş verənlər alimlərin cəmiyyətdəki roluna kölgə salıb, lakin buna baxmayaraq alimin cəmiyyətdə rolu yüksək və ibrətamiz olmalıdır:

Azərbaycan elminin özünəməxsus tarixi və ənənələri var.Təkcə ötən əsrdə yaradılan mirası qoruyub saxlasaq, müasir elmin aparıcı cərəyanlarından bəhrələnməyə imkanımız olar.AMEA-nın bir struktur vahidi kimi statusuna yəqin ki, baxılacaq, lakin əsas strateji hədəfləri düzgün müəyyənləşdirməkdir. Ulu öndər Heydər Əliyev elmə və alimə böyük qiymət verib. Məhz onun dövründə bütün sahələrdə qabaqcıl elitamız formalaşıb, sovet dövründə ideoloji rəngi bir kənara qoysaq, milllətimizin övladları nüfuzlu universitetlərdə təhsil alaraq, respubliakmızın həyatında aparıcı yer tutublar. Təkcə o faktı xatırlayq ki, Heydər Əliyevin bütün daxili və xarici görüşlərində elm-təhsil adamlarına ön sıralarda yer verib və bununla da idarəçiliyində alimlərin yüksəık mərtəbəsini hamıya göstərib.

AMEA-nın strukturu, idarəetmə prinsipləri, seçdiyi fəaliyyət planları və hədəfləri, alimlərin intellektual səfərbərliyi hamı üçün əhəmiyyətli məsələ olub, təmsil etdiyim Mərkəz tərəfindən xüsusi siyasət sənədləri dövlətimizin zirvəsinə təqdim olunub.

İlk növbədə, biz ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş strateji hədəflərə alimlərimizin necə cavab verdiklərini, bu yöndə aparılan siyasətin uyğun olub-olmadığını qiymətləndirməliyik. Akademik sistemdə görülən işlər hər zaman aktuallıq daşıyacaq. Yəni, millətin və dövlətin stattusu Akademiyanın yox, elmin və alimin statusu ilə müəyyənləşir. Sadə bir fakt:iki il əvvəl qlobal miqyaslı pandemiya təhülkəsinə qarşı mübarizədə dünya insanı çarəni məhz elmi mərkəzlərdən gözləyirdi və istədiyini də müəyyən qədər aldı. Başqa mistik vasitələr bəşəri təhlükəyə qarşı mübarizədə müsbət rol oynaya bilməzdi.

Ona görə də AMEA-nın, elm və təhsil ictimaiyyətinin başlıca bir hədəfi olmalıdır-Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan xalqı, dövləti elmi-texniki tərəqqidən, xüsusilə də kommunikasiya inqilabından geri qalmasın. Biz 44 günlük müqəddəs savaşımızı həm də süni intellekt məhsullarına görə qazandıq, yalnız torpaq üzərində deyil, ondan yuxarıda- hava məkanında-üçölçülü müstəvinin hər bir səviyyəsində ermənilərdən güclü olduğumuzu göstərdik. Özü alim olan və Britaniya təhsil sisteminə yaxından bələd olan, süni intellekt məhsulları sahəsində özünü mütəxəssis sayan sabiq prezident Armen Sarksiyan məğlubiyyətlərini ilk növbədə ənənəvi erməni alimlərinin sıradan çıxması, elmi inkişaf zəncirinin pozulması ilə əlaqələndirmişdi.O, öz xalqı üçün yeni elmi hədəfi “hi-tech” kimi dilə gətirərək, birinci sözün yüksək texnologiyları deyil, millətinin adı ilə asossiasiya olunmasını arzuladığını söyləmişdi. Biz də yüksək texnologiyların yalnız istehlakçısı olmaqla məhdudlana bilmərik, elmin idxalı hər zaman uğur gətirə bilməz. Alimə yüksək qiymət verən Nizami Gəncəvinin əsərlərinin məktəb və institut vitrinlərində öndə tutulması, kəlamlarının divarlara vurulmasının xüsusi mənası var-böyük mütəfəkkirə həsr etdiyimiz bir ilin mənası prezident İlham Əliyevin 100 yaşlı universitetin tribunasından xalqa müraciəti zamanı söylədiyi sözlərlə, ideyalarla harmoniya təşkil edir.

Aparıcı beyinlər, düşüncə sahibləri bütün sahələrdə, o cümlədən silahlı qüvvələr sistemində müasir texnologiyaların tətbiqini həyata keçirmək üçün səfərbər olunmalıdır.2-ci Qarabağ müharibəsindəki triadanı qorumaq və 44 günlük elmi xilas proqramlarını tərtib etmək lazımdır ki,alimlərimiz Şuşa zirvəsində dayana bilsinlər, quruculuqda və Böyük Qayıdışda fəal iştirak etsinlər.

Buna görə də elm və texnologiya sistemimiz qeyd edilən dövlət kursuna uyğun qurulmalıdır. “Texnofest” bütövlükdə bir milli hərəkat kimi alimlərimizin qarşısında mühüm çağırışları qoymaq üçün keçirildi. Prezident İlham Əliyev dedi ki, Səlçuq Bayraktar bizim gəncliyin obrazı olmalıdır. Ölkə başçısının çıxışı onun elmə dövləti baxışlarının konturlarını özündə əks etdirirdi-biz hər zaman elmi, alimi və texnologiyanı idxal etməklə ehtiyaclarımızı ödəyə bilmərik və milli təhlükəsizliyimiz üçün yeni konsepsiyalara ehtiyac var.Xaricdən alınan texnologiyalar bir gün verilməyə bilər. Günümüzdə yaşadıqlarımız bunun nümunəsidir.

Zahid Oruc: “Azərbaycan elminin gələcəyi ilə bağlı strateji proqramlara ehtiyac var. Mən çox arzulayıram ki, dövlətimiz tərəfindən ayrıca Elm və Texnika Komitəsi rəsmi olaraq təsis olunsun”.

Dünyada elmi məqalələrin toplandığı xüsusi elektron xəzinələr- xablar var. Akademik məqalələrin impakt faktorlu jurnallarda çapı ilə bağlı dünyada ölkələrin reytinqi, alimlərin sitatlarına görə nüfuzu və idman dili ilə desək, gəlir indeksi müəyyənləşib.Nəhəng elmi kapital yeraltı tükənən resurslarla müqayisədə dayanıqlı sərvət hesab olunur.Əgər sənin tarixini və gələcəyini xarici mərkəzlər, yaxud donor vəsaitli layihələr tədqiq edəcəksə, onda Qarabağı ələ götürməyə çalışan ssenarilər həmişə olacaq.Avropa Əməkdaşlıq və Tərəfdaşlıq Təşkilatı tədqiqatçı sayına görə ölkələri xüsusi qradasiyalara bölür-əhalinin 100 min nəfərinə düşən tədqiqatçılar 10-dan çox deyilsə, onları zəif ölkələr sırasında yerləşdirirlər.Qərb elminin belə sıçrayışlı inkişafının səbəblərini birgə araşdırmalıyıq. Bizim unversistet rəhbərlərindən biri aparıcı elmi tribunalara çıxmaq üçün müəyyənləşdirdiyi xüsusi stimullaşdırıcı layihələrdən mənə söz açmışdı, lakin ona can atanların çox olmadığını təəssüflə bildirirdi.Doğrudur, dünya daha çox elmi əsərlərin ingilis dilinin dominantlığı altında olduğunu təsbit edib və ona müqavimət göstərməkdənsə, bəhrələnmək daha doğru yoldur.

İndi universitetləri bitirən gənclər azad torpaqlarda yeni vətənin quruculuğunda iştiraka qoşularkən, prezidentin komanda üzvlərinə çevrilirlər və onlar sabahın idarəçiləri olaacqlar. Qarabağ özü elmi məkan olaraq, cazibədarlığını və təhlükəsizliyini artıra bilər. Zəif bənd olmaq dövrü arxada qalıb.Biz məktəbi elmin səngərin kimi qəbul etsək, özümüzü daha güclü ordulardan da müdafiə edə biləcəyik. İndi ölkə rəhbəri gəncliyin qarşısında İrəvandan Zəngəzuradək torpaqlara dinc qayıdış hədəflərini qoyub. Bizim keçmişlə gələcək arasında bağların bərpası yalnız qabaqcıl elmi fikir, düzgün ideoloji doktrinlərlə mümkün ola bilər.

Əlbəttə, alimlərimizin orta yaş həddinin yuxarı olması fasiləsizlik və varislik prinsipilərinin hər sahədə önəm daşıdığını deməyə əsas verir.Ona görə də AMEA hansı statusla qalmasından asılı olmayaraq, elmin inkişafı dövlətin iradəsi ilə müəyyənləşir və qalib liderin uzaqgörən planlarının tətbiqini hamı görəcək.Onlarla yüksək göstəricilərə və uğurlara baxmayaraq, əhalisinin 100 min nəfərinə düşən alimlərin sayına görə ölkəmiz Cənubi Qafqazda geri qalır. Bu rəqəm Qələbəmizə və regionda, dünyada yenidən qurulan siyasi arxitekturaya uyğun deyil.

Zahid Oruc: “Baxçadan akademiyaya qədər ədalətli, dürüst karyera pilləkəni və elmi uğur liftlərini qurmağa qadir olmalıyıq”.

Əsas məsələ, baxçadan akademiyaya qədər ədalətli, düzgün karyera pilləkəni və elmi uğur liftlərini qurmağa qadir olmalıyıq. Azərbaycan elminin gələcəyi ilə bağlı strateji proqramlara ehtiyac var. Mən çox arzulayıram ki, dövlətimiz tərəfindən ayrıca Elm və Texnika Komitəsi təsis olunsun. Bilavasitə sahəvi məsuliyyət daşıyan və hesabatları dövlət tərəfindən qəbul olunan institusional quruma ehtiyac vardır.

Təsəvvür edin, bəzən “Elm günü” hətta alimlərimizin yadından çıxır. Halbuki onu ümumxalq hərəkatına çevrilməli, bayram kimi qeyd etməliyik. Şəxslər üzərində deyil, ideyaların, böyük konsepsiyaların işığında elm sistemimizdə böyük islahatlar aparmalıyıq. Yalnız bu halda intriqalar aradan qalxa bilər və onda tam əmin olacağıq ki, Azərbaycan elmi smart texnologiyaların kəşfində rol oynamasa da istehsalını həyata keçirməkdə bir parçasına əl uzada bilər. Qardaş Türkiyənin son nailiyyətləri bir nümunədir-petriotlar, F-35-lər, yaxud S-400-ləri yaradan səlcuqları hər iki dövlət birgə yetişdirəcək.

Mən 90-cı illərdə bir adam tanıyırdım. O, elmi fəaliyyətə yenicə başlamışdı və kiçik çaplı silahların müxtəlif modifikasliyalarını yarardırdı. Təsəvvür edin, o dövrdə belə insanlara ehtiyacımız indiki Haroplara dünyanın duyduğu simpatiya qədər idi.Lakin ölkədəki siyasi xaos adamı qiymətləndirməyə imkan vermədi.Onu uzun müddət görmədim.Təxminən 2000-ci illərdə özü məni axtardı və biz görüşdük. Bəlli oldu ki, həmin şəxs İsrailin hərbi zavodlarından birində aparıcı mütəxəssis kimi yüksək maaşla çalışır. Buna görə də hərdən səmamızda müasir texnologiyaları görəndə, görləri fəth etməyi bacaran azərbaycanlı oğulların orada payı olduğunu düşünürəm və fikirləşirəm ki, elmi millətiçilik dünyada bütün siyasətlərdən öndədir.Beyin axını emiqrasiyanın ən təhlükəlisidir-elmli gəncləri hüquqi-sosial imtiyazlarla qorumalıyıq, ən müxtəlif proqramlarla kəskin dönüşə nail olmalıyıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar