Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zelenskini öldürmək istəyirlər” - İki ölkədən  xəbərdarlıq

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun bəyanatları nədən qaynaqlanır?

Ukraynanın Teleqram kanalları prezident Vlodimir Zelenskinin fiziki məhv edilməsi riski ilə bağlı xəbərlər yaymağa başlayıblar. Bu barədə xəbər verən pravda.ru saytı məsələn, “Legitim” teleqram kanalına istinadən yazır ki, ““serial qəhrəmanı Zelenski” tezliklə bir çox Hollivud ssenarilərinə uyğun olaraq anti-qəhrəmana çevriləcək və oyundan ayrıldıqdan sonra öləcək”.

Teleqaram kanal Zelenskinin şəxsi təhlükəsizliyi ilə bağlı narahatlığını bildirən ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın açıqlamalarına diqqət yetirirlər. Kolorado ştatının Aspen şəhərində keçirilən Təhlükəsizlik Forumunda çıxışı zamanı Sallivan bunları deyib: "Biz Zelenskinin şəxsi təhlükəsizliyindən narahatıq. O, Rusiya kimi düşmənlə mübarizə aparan müharibə lideridir. Rusiya isə amansız, qəddar və demək olar ki, hər şeyə qadirdir. Prezident Zelenski özünü qorumaq, Ukraynada hökumətin davamlılığı üçün ehtiyat tədbirləri görür və biz buna hər cür kömək etməyə çalışırıq”. Sallivanın bu çıxışını “Fox-Nyus”yayıb.

"Legitim" teleqram kanalı iddia edir ki, Qərb Zelenskinin fiziki cəhətdən aradan götürülməsi planı "pərdə arxasında bütün oyunçuların Ukrayna ilə bağlı Yuqoslaviya ssenarisi(ölkənin parçalanması nəzərdə tutulur-O.Ə) ilə razılaşdığı" anda həyata keçiriləcək.

“ZeRada” teleqram kanalı isə yazır ki, Ukrayna Silahlı Qüvvələrinin hazırkı komandanı Valeri Zalujnı Vaşinqton və Londonun yeni seçimidir və Zelenskinin yerinə tutaraq “Ukraynanın yeni qəhrəmanı olacaq”.

Hər iki Ukrayna kanalı hesab edir ki, Qərb hazırkı prezidentin aradan götürülməsini ruslar tərəfindən icra edildiyini iddia edə bilər: “Prezidenti zəhərləyib, bunu rusların etdiyini deyəcəklər”.

Rusiya nəşri iddia edir ki, belə bir ssenarinin üzərində işləndiyini Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun Aspendə keçirilən Təhlükəsizlik Forumunda verdiyi bəyanatlar da sübut edir. Belə ki, cıxışında o, Moskvanın əsas niyyətlərindən birinin “Zelenskini aradan götürmək olduğunu” deyib.

Bununla belə, hesab olunur ki, Zelenskinin aradan götürülməsi daha çox Yuqoslaviya ssenarisi ehtimalı ilə bağlıdır. Bu ssenariyə görə, keçmiş Ukraynanın regionlarının bir hissəsi dərhal Rusiyanın yurisdiksiyasına keçəcək, bəzi ərazilər isə əhali öz gələcəkləri ilə bağlı qərar verənə qədər uzunmüddətli hərbi idarəetməyə veriləcək. “Bu zaman Zelenski (və ya onun parlaq obrazı) artıq əhəmiyyət kəsb etməyəcək”.

Yada salaq ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, müharibə başlayandan Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi edilib”. O, həmçinin, əlavə edib ki, xarici tərəfdaşlar prezidentə iki-üç cəhddən danışsalar da bu hal daha çox təkrarlanıb: “Ondan artıq belə cəhdlər olub. Çünki bizdə daim operativ məlumat var. Ukraynada bu cür cəhdləri izləyən güclü kəşfiyyat və əks-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir. Bu kimi halların çoxunun anındaca qarşısı alınır”.

Müşavir sözügedən məsələ ilə bağlı Putinin də adını hallandırıb: “Təhlükəsizlik nöqteyi-nəzərindən bəzi şeylər haqqında danışa bilmərəm. Bu risklər hələ də var. Qərb kəşfiyyatı düzgün qeyd edir ki, Putin üçün əsas hədəf - hökumət binasının ərazisinə hücum və bir nəfəri öldürməyə cəhd - cənab Zelenski olub”.

“The Times” qəzeti isə müharibə ərzində Zelenskiyə qarşı üç dəfə sui-qəsd edildiyini yazmışdı. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar