“Şərur” Mənzil-Tikinti Kooperativinə (MTK) yazılmış cərimə protokoluna baxılacaq məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçiriləcək proses iyulun 14-nə təyin edilib.
İddia hakim Vüsal Qurbanovun sədrliyi iləaraşdırılacaq.
Qeyd: MTK barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra proyokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Xatırlatma “Şərur” MTK 2001-ci ildə yaradılıb. Şirkət “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.
pia.az