Cümə, 12 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya iqtisadiyyatında baş verən qəribə proseslər... - Rubl möhkəmlənir, qiymətlər isə artır...

Dolların ucuzlaşması fonunda Rusiyada qiymətlərin artması nədən xəbər verir? Hiperinflyasiya ola bilərmi?..

İqtisadçı-alim: “Rusiyanın ehtiyatları bütün dövlət borcunu ödəmək və mümkün defoltdan qaçmaq üçün kifayət edə bilər. Ancaq, rublun dəyərini qorumaq üçün büdcə ildə təxminən 200 milyard rubla yaxın vəsait itirir”.

“Hazırda vəziyyət necədir? Tələb inflyasiyasının yerini xərc inflyasiyası alıb. Tədarük zənciri qırıldığı üçün istehsal xərcləri artır və nəticədə qiymət artımı baş verir. Bunun nəticəsində də ölkədə yaşayan insanlar yoxsullaşır, ölkənin dünya iqtisadiyyatı üçün əhəmiyyəti azalır”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Rusiya iqtisadiyyatında baş verən prosesləri PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya iqtisadiyyatında qəribə proses gedir. Dolların ucuzlaşmasına baxmayaraq, istər xidmət sahələrində, istərsə də daxili istehlak bazarında qiymətlər artır.

Sanksiyalardan sonra dollarla rubl arasında bağlılıq hansı səviyyədir və bu bağlılıq Rusiya iqtisadiyyatına hansı təsirləri göstərir? Xüsusən dolların ucuzlaşması fonunda Rusiyada qiymətlərin artması nədən xəbər verir? Müəyyən zamandan sonra Rusiyada hiperinflyasiya ola bilərmi?

Rusiya iqtisadiyyatının gələcəyini PİA.az-ın əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Rusiyaya qarşı mövcud sanksiyaların 2024-cü ilə qədər qalacağını proqnozlaşdırmaq olar”.

Rusiya iqtisadiyyatında qeyri-müəyyənlik səviyyəsinin yüksəldiyini vurğulayan iqtisadçı-alim PİA.az-a açıqlamasında qeyd edib ki, hər gün mənzərə sürətlə dəyişir, çünki, ixracın hansı yöndə dəyişəcəyini və mümkün yeni sanksiyalar nəticəsində hansı sənaye sahələrinin necə zərər görəcəyini ehtiçal etmək bir qədər çətindir:

“Bilirsiz ki, Ukrayna ilə müharibənin iki həftəsində Rusiya iqtisadiyyatı dərin böhranla üzləşdi. Rublun sürətlə dəyərdən düşməsi, banklarda əsas xidmətlərə məhdudiyyətlər, qiymətlərin sürətlə artması, çox sayda vətəndaşın işsiz qalması və s. O zaman böhran hələ təzə başlayırdı. Ticarət mərkəzlərindəki qlobal brend mağazaları yavaş-yavaş bağlanırdı. Beynəlxalq brendlərin, mağaza və restoranlar şəbəkələrinin bağlanması təkcə istehlaka zərbə deyil, bu prosesin təsiri daha dərindir. Hazırda Rusiyada təchizat zəncirləri qırılır, Qərb şirkətləri ilə işləyən Rusiya şirkətləri böyük zərər çəkir və nəticədə iqtisadiyyat minlərlə iş yerini itirir.

Pandemiyanın başlanğıcında da bənzər bir vəziyyət hökm sürürdü, o zaman necə ki, xarici ticarət əlaqələrinin dayanması müəyyən təchizat zəncirlərinin qopmasına səbəb olmuşdu, ona bənzər qeyri-müəyyənlik mövcud idi. Yəni ümumiləşdirib deyə bilərik ki, ölkədə tələb inflyasiyası var idi. Daha sonra nə baş verdi? Rusiya Mərkəzi Bankı uçot dərəcələrini yüksəltməklə rublun dəyərini qoruya bildi. 2021-ci ilin mart ayından etibarən ardıcıl formada səkkiz dəfə uçot dərəcəsini 525 baza bəndi yüksəldilib.

Hazırda vəziyyət necədir? Tələb inflyasiyasının yerini xərc inflyasiyası alıb. Tədarük zənciri qırıldığı üçün istehsal xərcləri artır və nəticədə qiymət artımı baş verir. Bunun nəticəsində də ölkədə yaşayan insanlar yoxsullaşır, ölkənin dünya iqtisadiyyatı üçün əhəmiyyəti azalır. Özəl investisiyalar da kəskin azalır. Mövcud ehtiyatlar daxili bazarın ehtiyaclarını ödəmək üçün lazım olan məhsulların istehsalında cəmlənib. Rusiyaya qarşı mövcud sanksiyaların 2024-cü ilə qədər qalacağını proqnozlaşdırmaq olar.

Vüsalə Əhmədova: “Təchizat zəncirləri kəsilir, Qərb şirkətləri ilə işləyən Rusiya şirkətləri zərər çəkir və nəticədə iqtisadiyyat minlərlə iş yerini itirir”.

Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəliri ayda təxminən 20 milyard dollar, illik isə təxminən 240 milyard dollar təşkil edir. Ümumilikdə, qaz və digər neft məhsullarını nəzərə alsaq, dövlətin ixracdan əldə edəcəyi gəliri 2022-ci ildə təxminən 300 milyard dollar təşkil edir. Rusiyanın ehtiyatları bütün dövlət borcunu ödəmək və mümkün defoltdan qaçmaq üçün kifayət edə bilər. Ancaq, rublun dəyərini qorumaq üçün büdcə ildə təxminən 200 milyard rubla yaxın vəsait itirir. Hazırda 1 dollar 55,20 rubldur, ilin sonuna kimi 75-80 rubl səviyyəsində olacağı gözlənilir.

Bundan sonra proses necə inkişaf edə bilər?Görünən o ki, Rusiya iqtisadiyyatı vəziyyətə uyğunlaşmağa çalışır. Böhranın ilk ayından etibarən Mərkəzi Bank və hökumət qiymət sabitliyini qorumağa çalışır və bu vəziyyət 1-2 il davam edəcək. İkinci mərhələdə stabilləşmə başlaya bilər. Dövlət nə edəcək? Yenə büdcənin xərc hissəsini azaldacaq və yeni vergilər tətbiq edəcək.

Şübhəsiz ki, qeyri-müəyyənlik səviyyəsi də yüksəkdir. Hər gün mənzərə sürətlə dəyişir çünki, ixracın hansı yöndə dəyişəcəyini və mümkün yeni sanksiyalar nəticəsində hansı sənaye sahələrinin necə zərər görəcəyini demək bir qədər çətindir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Bakı aeroportunda nə baş verib? - Jurnalistdən sensasion iddia

Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - Video

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” - Palma yağları...

"Rapid" "Neftçi" ilə oyunda ikinci qolu vurub - Yenilənir

Hafiz Hacıyev: “Hərbi cinayətkar Balasanyanla görüşmək bizə utancverici haldır”

Bakıda turizm şirkətinin müdiri ürəyindən bıçaqlandı

Məktəblərdə narkotik satışı ilə bağlı olan şikayətlərə niyə baxılmır və nazirlik niyə susur?..    

Avropanın ən əsəbi ölkəsi hansıdır? – Siyahı açıqlandı

Əbülfəz Məlikovun xalası oğlu axtarışa verilib? – Həbslər davam edəcək...

Ən çox oxunanalar