Cümə axşamı, 18 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənilər Laçını talan edib yandırır - Video

Laçında məskunlaşmış ermənilərin əşyalarını elə öz soydaşları yağmalayır.

Bu barədə məlumatlar erməni mediasında yayılıb və geniş rezonans doğurub.

Məlumata görə, Laçının təhvil verilməsini eşidən ermənilər şəhərdə soyğun, talan və yanğınlar törədirlər. Bununla bağli sosial şəbəkələrdə yayılan görüntüdə qadın çəkiliş apara-apara deyir: "Gəlmişik evimizə, hansı ki, qapını bağlayıb çıxmışdıq. Buradan türklər keçib, ya ermənilər? Açarı götürüb evə daxil oldum və mənzərə... Mənim erməni vətəndaşlarımın mənzərəsi... Qapılar, pəncərələr, qalan əşyalar yoxdur".

Soydaşlarını sərt tənqid edənlərdən biri də Vardan Qukasyan adlı bloger olub. O, yutub kanalında paylaşdığı videoda erməniləri təhqir edib. "Sosial mediada yayılan görüntünü gördüm, şoka düşdüm. Laçında ermənilərin işğaldan sonra yaşadıqları evləri elə ermənilər talayır. Bu görüntüdə olana talan demək ən yumşaq ifadədir. Evə girib texnika, qır-qızıl, pul oğurlamaq talan sayılar, amma evə girib, qapı-pəncərə, kafel, unitaz oğurlamağa nə ad qoyasan? Bu talan deyil, heç bir dildə bunu ifadə etmək üçün söz yoxdur. Məsələ ondadır ki, bunu edənlər türklər deyil, öz ermənilərimizdir!'',- deyə bloger gileylənib. Vardan Qukasyan soydaşlarının Ağdamı və başqa şəhərləri qarət edib yer üzündən silmələrini etiraf edib. O, belə talançılıq əməllərinin əsl erməni siması olduğunu vurğulayıb.

Qeyd edək ki, 44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atan ermənilər AğdamKəlbəcəri tərk etmələri üçün onlara verilən vaxtdan sui-istifadə edərək boş qalan kəndlərdə talanlar, soyğunlar, yanğınlar törədirdilər. Kəlbəcərdən sonuncu, ən qiymətli əşyasını - unitazını aparan bu ermənilər də Azərbaycan vətəndaşına yad deyil. Elə ermənilər də bu kadrları yəqin ki, unutmayıb. Vətən müharibəsi dərsləri dünyaya aydın şəkildə göstərdi ki, erməni talançılığının, vandalizminin kökünü yalnız bir qüvvə kəsə bilir - Azərbaycan əsgəri. Onun ayağı dəyən yerdə isə inkişaf və quruculuq başlayır. Bu gün Qarabağda aparılan yenidənqurma işləri buna əyani sübutdur. Ermənilərin dağıtdıqları, xarabalığa çevirdikləri torpaqlara Azərbaycan həyat verir.

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” – Aslan İsmayılov

“Porno ulduz” məmur polkovnik rütbəsini necə almışdı? – Zaur Mirzəyevin karyerası...

Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı - Yenilənib, Video

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

Prezidentin səmimi davranışı gündəm oldu - Video

Prezident və birinci xanım Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - Yenilənib

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

Baxışı qadınları əridən, heç vaxt evlənməyən məşhurun ən böyük peşmanlığı...

FHN-in polkovniki bu qədər qadınla münasibətdə olub - Şok rəqəm

Ən çox oxunanalar