Cümə axşamı, 11 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ukrayna daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini işğaldan azad edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Cənubi Buq istiqamətində düşmən Ukrayna qüvvələrinin fəaliyyəti nəticəsində İvanovka kəndini tərk edib”, - Baş Qərargah açıqlayıb.

Qeyd edək ki, mərkəzi şəhəri daxil olmaqla böyük hissəsi Rusiya qüvvələrinin işğalı altında olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. İşğalçı qüvvələr nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.

Son həftələrdə Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücuma başlayıb. Onlar vilayətin bir sıra ərazilərini işğaldan azad edərək Xerson şəhərinə yaxınlaşıblar. Hazırda bölgədə şiddətli döyüşlər davam edir.

Xatırladaq ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətinin eyniadlı mərkəzini ələ keçirdiyini açıqlayıb. Bundan sonra bölgədə Rusiya tərəfindən hakimiyyətə gətirilən qondarma rəhbərlik Rusiyaya birləşmək niyyətini bildirib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

İsmayıl Hüseynov istintaqa cəlb edilib? - İttiham var

Hacı Əliyevlə iranlı güləşçi arasında dava düşdü - Anbaan video

Azərbaycan hərbiçilərinin hərbi cinayətkar Vitali Balasanyanla görüşməsi nə qədər doğrudur? - Şərh

Balasanyan Azərbaycan generalları ilə görüşüb? - Laçında nə baş verir?

“Azərbaycan və Türkiyənin bir dövlətə çevrilməsi məsələsi gündəmə gəlsə, yaxşı olar” - Hafiz Hacıyev

İlqar Məmmədov: “Azərbaycan hökuməti məni ölkəyə buraxmayacaq”

“Putin ayrılıq yoluna daşları səssiz-sədasız döşəyəcək” 

"Ən çox şikayət olunan qurum gömrük orqanlarıdır" - Natiq Cəfərli

Ən çox oxunanalar