Cümə axşamı, 11 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda səyyar vətəndaş qəbulları keçirilir. Məmmədli kəndində reallaşan növbəti səyyar qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının və digər xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Rayonda həyata keçirilən ifrastruktur layihələrindən, qısa müddət ərzində görülən işlərdən və qarşıda duran vəzifərələrdən ətraflı məlumat verən RİH başçısı Abdin Fərzəliyev bütün bubnlarla yanaşı rayonun kənd və qəsəbələrində əhalinin artımı ilə əlaqədar müəyyən problemlərin yarandığını, onların dövlət strukturlarının daim diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən sakinlər kəndin adının dəyişdirilməsində, məscidə bitişik kiçik su anbarının sökülüb kənarda tikilməsində, işə düzəltmə və müalicə məsələlərində, eləcə də kənd ərazisində yeni məktəb və bağça binalarının tikilməsində və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər həssaslıqla dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.

***
Düşmən üzərində zəfər qazandığımız 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun 38-ci doğum günü qeyd edilib.

Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak edib. İştirakçılar II Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Şəhidin ailə üzvləri də hər zaman dövlətin diqqətində olduqlarını, cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

İsmayıl Hüseynov istintaqa cəlb edilib? - İttiham var

Hacı Əliyevlə iranlı güləşçi arasında dava düşdü - Anbaan video

Balasanyan Azərbaycan generalları ilə görüşüb? - Laçında nə baş verir?

“Azərbaycan və Türkiyənin bir dövlətə çevrilməsi məsələsi gündəmə gəlsə, yaxşı olar” - Hafiz Hacıyev

İlqar Məmmədov: “Azərbaycan hökuməti məni ölkəyə buraxmayacaq”

“Putin ayrılıq yoluna daşları səssiz-sədasız döşəyəcək” 

"Ən çox şikayət olunan qurum gömrük orqanlarıdır" - Natiq Cəfərli

“Yeni yol çəkiblər, deyirlər ki, bu yolda yalnız “Ferrari” sürmək olar” 

Ən çox oxunanalar