Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyev vilayətinin qubernatoru: "Biz düşmənin istənilən an geri dönə biləcəyinə hazırlaşırıq"

Ukraynanın Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri (qubernator) Oleksiy Kulebanın "Report"un Şərqi Avropa bürosuna müsahibəsi.

- Rusiyanın Ukraynaya beş aydır davam edən genişmiqyaslı hücumu fonunda növbəti dəfə Kiyev vilayəti ətrafında təhlükə yaranıb. Ard-arda həyacan siqnalları, raket zərbələri və əsasən də şimaldan hücum xəbərlərinin ardı-arası kəsilmir. Hazırkı reallıq nədən ibarətdir? Kiyevi bu dəfə əsasən hansı formada və hansı istiqamətdə təhlükə gözləyir?

- Bizim vilayət həm paytaxtın yerləşdiyi, həm də sərhədyanı vilayətdir. Bu bizim vilayətə xas olan xüsusiyyətdir. Kiyev şəhəri Belarusla sərhəddən 200 kilometr məsafədə yerləşir. Məhz Kiyev vilayəti 2022-ci ilin fevral-mart aylarında Rusiya ordusunun keçə bilmədiyi forposta çevrilmişdi. Nəticədə onlar Kiyev şəhərinə daxil ola bilmədilər. Bu il aprelin 2-də Rusiya hərbi birləşmələri Kiyev vilayətindən geri çəkilsə də, biz düşmənin istənilən an geri dönə biləcəyinə hazırlaşırıq. Bizim Belarusla ümumi sərhədimiz var. Odur ki, başa düşürük ki, Rusiya birinci dəfə olduğu kimi, ikinci dəfə də Belarusla sərhəddən istifadə edə bilər. Buna görə də əsas vəzifəmiz buna hazır olmaqdır. Əlbəttə ki, bununla bağlı bütün lazımi səylər göstəririk. Doğrudur, hazırda müdafiə qüvvələrimizin hamısı tam hazırlıq vəziyyətində deyil. Vilayətdə müdafiə istehkamlarının möhkəmləndirilməsi istiqamətində işlər aparılır. Vəziyyət tamamilə nəzarətimiz altındadır.

- Bəzi yayılan məlumatlara görə, Kiyev ətrafında yenidən düşmənin desant qüvvələrinin əməliyyat aparması gözlənilir. Necə hesab edirsiniz, hazırda Kiyevə ikinci dəfə hücum təhlükəsi gözlənilirmi?

- Ukraynada müharibə davam edir. Doğrudur, hazırda Kiyev vilayətində hərbi əməliyyatlar aparılmır. Bu, ilk növbədə, bizim Silahlı Qüvvələrimizin sayəsində olub. Digər tərəfdən, insanlar rahatlaşmamalı, günün 24 saatı müharibənin getdiyini yadda saxlamalıdırlar. Çünki hazırda Ukraynanın şərqində hərbçilərimiz həyatını itirir, raket zərbələri endirilir. Üstəlik, Kiyev vilayətində müxtəlif kəşfiyyat-diversiya qrupları fəaliyyət göstərə bilər. Bu barədə danışarkən, ilk növbədə, insanları ayıq-sayıq, ehtiyatlı olmağa çağırırıq. Ukrayna Təhlükəsizlik Xidmətinin, digər güc xidmətlərinin, həmçinin hərbçilərin fəaliyyətinə gəlincə, belə xəbərlər onlar üçün ayıq-sayıq olmaq, belə insanları aşkar etmək və müvafiq yerlərə göndərmək baxımından əlavə stimuldur. Nəticədə Ukrayna məhkəməsi belə insanlarla bağlı müvafiq qərarlar verəcək. Ehtimal edilən hücumun nə vaxt həyata keçiriləcəyinə gəlincə isə bizə qarşı hücuma hər an hazır olmalıyıq. Buna görə də möhkəmləndirmə və müdafiə ilə bağlı digər işlər təxirəsalınmaz şəkildə həyata keçirilir, çünki hər an bizə təhlükə yarana bilər.

- Aprelin əvvəlindən, Rusiya Silahlı Qüvvələri Kiyev ərazisindən çıxarılandan sonra düşmənin hər hansı diversiya qüvvəsinin bu ərazidə fəaliyyətinə cəhdlər olubmu? Neçə diversant saxlanılıb?

Bu diversantların sayı barədə suala şərh verə bilmərəm. Amma mütəmadi olaraq mətbuatda Rusiya Federasiyası ilə əməkdaşlıqda şübhəli bilinən belə qrupların saxlanılması ilə bağlı xəbərlər yayılıb. Odur ki, bu xəbərlərə istinadən Kiyev vilayətinə də təhdidlərin davam etdiyini söyləyə bilərik.

- Aprelin əvvəlindən, Rusiya Silahlı Qüvvələri Kiyev ərazisindən çıxarılandan sonra düşmənin hər hansı diversiya qüvvəsinin bu ərazidə fəaliyyətinə cəhdlər olubmu? Neçə diversant saxlanılıb?

- Bu diversantların sayı barədə suala şərh verə bilmərəm. Amma mütəmadi olaraq mətbuatda Rusiya Federasiyası ilə əməkdaşlıqda şübhəli bilinən belə qrupların saxlanılması ilə bağlı xəbərlər yayılıb. Odur ki, bu xəbərlərə istinadən Kiyev vilayətinə də təhdidlərin davam etdiyini söyləyə bilərik.

- Fevralın sonu, martın əvvəlində vilayətin şimal rayonlarının anidən işğalını müdafiənin hazırlıqsızlığı ilə əlaqələndirirlər. Hazırda müdafiə sistemində gözlənilən təhlükəyə qarşı hazılıqları necə təfsil edərdiz?

Bu gün fevralın 24-dən sonrakı nəticələrlə bağlı tutarlı fikirlər var. Kiyev vilayətindəki, xüsusilə vilayətin şimalındakı müdafiə qüvvələri fevralın sonları ilə müqayisədə tamamilə fərqli status və vəziyyətdədir. Doğrudur, fevralın sonlarında da vilayətdə müdafiə qüvvələri, müxtəlif bölmələr var idi. Lakin onlar Belarus istiqamətindən gələn böyük hərbi birləşmələrin qarşısını almağa kifayət etmirdi. Rəsmi məlumatlara əsasən, Kiyev vilayətində 30 mindən çox rusiyalı əsgər, minlərlə hərbi texnika var idi. Təbii ki, bunun qarşısını almaq üçün müvafiq gücə, vəsaitə malik olmaq lazım idi. Amma o vaxt Kiyev vilayətinin şimalında bu yox idi.

- Ümumilikdə, bu dörd ayda Kiyev vilayətinin nə qədər mülki obyektləri işğalçılar tərəfindən dağıdılıb, nə qədər dinc insan tələfatı var? Dağıdılmış yerlərin bərpası ilə bağlı işlər nə yerdədir?

Rusiyanın təcavüzü nəticəsində Kiyev vilayətində rəsmi olaraq 1333 mülki vətəndaş ölüb. 700-dən çox mülki şəxs güllələnib. Bütün bunlar sənədləşdirilib. Bu faktlar Ukrayna xalqına qarşı cinayətlərin sübut edilməsi ilə bağlı məhkəmə iddialarında istifadə olunacaq. Bundan əlavə, Rusiya təcavüzü nəticəsində təkcə Kiyev vilayətində 38 uşaq həyatını itirib. İnfrastruktura və digər obyektlərə gəlincə, 26 mindən çox müxtəlif obyektə müxtəlif dərəcələrdə zərər dəyib. Məsələn, 161 çoxmənzilli bina tamamilə məhv edilib. Bundan əlavə, 5 min ev də tamamilə dağıdılıb. Bunları bərpa etmək mümkün olmayacaq, onları yenidən inşa etmək lazımdır. Kiyev vilayətindəki təhsil, səhiyyə müəssisələri ilə bağlı da belə hallar var. Ümumiyyətlə, Kiyev vilayətinin ərazisinin yarıdan çoxunda hərbi əməliyyatlar həyata keçirilmişdi. Vilayətdəki 69 ərazi icmasından 42-də dağıntılar var. Bərpaetmə işlərinə gəlincə, bizim bununla bağlı fəaliyyət planımız var. İlk növbədə, ərazilərin minalardan təmizlənməsi ilə məşğul oluruq. Kiyev vilayətinin bütün yaşayış məntəqələrini minalardan təmizlənməsini planlaşdırırıq. 270 yaşayış məntəqəsində minalar var idi. Elektrik, su, qaz xətlərinin, həmçinin rabitə əlaqələrinin bərpası ilə də məşğul oluruq. Bu işləri həyata keçirən qrup var. Əlbəttə, bununla bağlı da böyük işlər həyata keçirilib. Məsələn, Kiyev vilayətinin böyük şəhərlərində - İrpen, Buça, Qostomel, Borodyankada bərpa edilə biləcək hər şeyin, təxminən, 90%-ni bərpa etmişik. Təəssüf ki, bu şəhərlərdə dağıntılar çoxdur. Məsələn, İrpenin 50%-i, Borodyankanın 70%-i dağıdılıb. Biz yalnız Yaşayış Fondunun sayəsində bərpaetmə işləri həyata keçirə bilirik. Növbəti mərhələ isə binaların təmir edilməsidir. Bu proses bu gün də davam edir. Bununla bağlı hökumətin proqramı var. Bu məqsədlə 400 milyon qrivna maliyyə vəsaiti ayrılıb. Daha sonra hökumət daha böyük təmir işlərinin həyata keçirilməsi ilə bağlı proqram qəbul edəcək. Ümid edirik ki, bu məqsədlə hökumət azı əlavə 400 milyon qrivna vəsait ayıracaq. Lakin bu maliyyə vəsaitləri Rusiya hərbi təcavüzünün nəticələrini tamamilə aradan qaldırmağa kifayət etməyəcək. Ona görə də beynəlxalq təşkilatlar, fondlar, yerli sahibkarlarla işləyirik. Onlar sosial infrastrukturların bərpasında bizə yardım göstərirlər. Qeyd edim ki, qarşımızda prioritet məsələlər dayanır. Məsələn, sentyabrın 1-də uşaqlar məktəbə getməlidirlər. Bundan əlavə, istilik sistemlərinin işə düşəcəyi oktyabr ayına hazırlaşmalıyıq. Bu gün diqqət yetirdiyimiz əsas istiqamətlər bunlardır.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar