Çərşənbə, 10 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Finlandiya NATO məsələsində Rusiya qarşısında geri addım atır... - Səbəblər?

Putinin xəbərdarlığından sonra Finlandiyanın xarici işlər naziri Pekka Haavisto hazırda Finlandiyada NATO qüvvələrinin yerləşdirilməsinə ehtiyacın olmadığını bildirib...

Politoloq: “Finlandiya faktiki olaraq, Ukrayna nümunəsindən ehtiyat edir və Qərbin şirnikləşdirməsinə aldanaraq Rusiya ilə fəsadları ağır olacaq bir macəraya girmək istəmir”.

Rusiya əslində Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı deyil. Rəsmi Kreml NATO qüvvələrinin bu ölkələrə, daha doğrusu Rusiya sərhədinə gətirməsinə qarşıdır”.

Bu sözləri politoloq Turan Rzayev Finlandiyanın NATO ilə bağlı geri addım atmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Məlum olduğu kimi, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin NATO hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdirilməsi halında buna adekvat cavab verməyə məcbur olacağını deyərək, hər iki ölkəni xəbərdar etmişdi. Putinin xəbərdarlığından sonra Finlandiyanın xarici işlər naziri Pekka Haavisto hazırda Finlandiyada NATO qüvvələrinin yerləşdirilməsinə ehtiyacın olmadığını bildirib.

Haavisto fikirini belə əsaslandırıb: “NATO-nun kollektiv təhlükəsizliyinin təmin edilməsi planlarını dəstəkləyirik. Finlandiyanın Rusiya ilə ümumi sərhədi var və indi ora təhlükəsizdir”.

Finlandiyanın bu davranışını və geri addım atması nədən xəbər verir? Hərbi qüvvəsinin böyük bir hissəsi Ukraynada məşğul olan Rusiya adekvat hansı addımlar ata bilər və Putinin təhdidi Finlandiya sərhədinə nüvə silahı yerləşdirmək anlamına gələ bilərmi?

Finlandiyanın NATO davranışını PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Finlandiyanın NATO-ya üzvlükdən imtina etmək kimi bir düşüncəsi olsaydı, İsveç ilə birlikdə Ankaranı narahat edən bütün məsələləri nəzərə alan memorandum imzalamazdı”.

Putin NATO hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdirilməsi halında buna adekvat cavab verməyə məcbur olacağını dediyini xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, həmin ölkələrin NATO-ya üzv olması Kreml üçün elə də əhəmiyyət kəsb etmir:

“Finlandiya faktiki olaraq, Ukrayna nümunəsindən ehtiyat edir və Qərbin şirnikləşdirməsinə aldanaraq Rusiya ilə fəsadları ağır olacaq bir macəraya girmək istəmir. Prinsip etibarilə, bu gün Rusiyanın sözügedən ölkələrlə hər hansı problemi mövcud deyil. Bunu Rusiya Prezidenti Vladimir Putin də vaxtilə həmin ölkələrə xəbərdarlıq edərkən bəyan etmişdi. Görünür, indi Kreml Helsinkini bu və ya başqa yolla onun üçün təhlükə olmadığını inandıra bilib.

Finlandiyanın indiki məqamda NATO-ya üzvlükdən imtina etməsi real deyil. Bunun bir neçə səbəbi var:

Birincisi, Finlandiyanın NATO-ya üzvlükdən imtina etmək kimi bir düşüncəsi olsaydı, İsveç ilə birlikdə Ankaranı narahat edən bütün məsələləri nəzərə alan memorandum imzalamazdı. Türkiyə də öz növbəsində İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etirazını geri götürüb. Yəni rəsmi Helsinkinin NATO yolundakı ən böyük mane aradan qalxıb.

Turan Rzayev: “Kreml üçün NATO qüvvələrinin sərhədlərinə yerləşdirilməməsi hazırda əsas tələbdir”.

İkincisi, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto hazırda Finlandiyada NATO qüvvələrinin yerləşdirilməsinə ehtiyacın olmadığını bildirib. Ancaq ölkəsinin NATO-ya üzv olmayacağına dair nəsə deməyib.

Üçüncüsü, Rusiya əslində Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı deyil. Rəsmi Kreml NATO qüvvələrinin bu ölkələrə, daha doğrusu Rusiya sərhədinə gətirməsinə qarşıdır. Prinsip etibarilə, Putin NATO hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdirilməsi halında buna adekvat cavab verməyə məcbur olacağını deyib. Yəni həmin ölkələrin NATO-ya üzv olması Kreml üçün elə də əhəmiyyət kəsb etmir.

Nəticə etibarilə nə Finlandiya Kremlin qəzəbina tuş gəlmək istəmir, nə də Kreml Finlandiyada özünə yeni bir cəbhə açıb mövcud vəziyyətini daha da ağırlaşdırmaq istəmir. Kreml üçün NATO qüvvələrinin sərhədlərinə yerləşdirilməməsi hazırda əsas tələbdir. Onsuz da indi Rusiyanın Ukraynada düşdüyü vəziyyət heç də ürəkaçan deyil. Düşünmürəm ki, Putinin təhdidi ilə Finlandiya sərhədinə nüvə silahı yerləşdirilsin. Sadəcə olaraq bir daha qeyd edim ki, Finlandiya Qərbə görə Kremli qəzəbləndirmək istəmir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Generalın pomidor yetişdirməsi… - Ceyhun Həsənovun yeni sort pomidoru ölkədə böyük marağa səbəb olub

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - Yenilənib

Azərbaycanda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı

Səfər Mehdiyev həbs olunur? - Sabiq "gömrük şefi" çətin durumda

Krım aeroportunda partlayışlar: Ölən və yaralananlar var, onlarla təyyarə məhv edilib - Yenilənib

Dustaq-məmurların üzərinə həbs qoyulan mülklərinin sonrakı taleyi necə olur? - Şok təfərrüat...

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor

İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb - Yenilənib

Bakıda beş ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək

Oğlu müharibədən qayıtmadı, xanımını danışdırmadı: Maqomayevin məşhurlaşdırdığı “Kor Əhəd” kim idi? - Foto

“Caliber”: “Azərbaycan Silahlı Qüvvələri Xankəndi ətrafındakı strateji yüksəkliklər halqasını bağladı” - Video

Ən çox oxunanalar