Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin min oyunu: Qazaxıstanla Özbəkistan arasında atəş xətti

Özbəkistana bağlı Qaraqalpaq Muxtar Respublikasında etiraz mitinqləri başlayıb. Etiraz aksiyasının cümə günü çıxması asilərin dini camaata meylli şəxslər olması ehtimalını yaradır. 

Rəsmi adı Qaraqalpakistan Muxtar Respublikası olan bölgə Özbəkistanın tərkibində muxtar hüquqlara malikdir. Özbəkistanın qərb hissəsində yerləşir. Paytaxtı Nukus şəhəridir. Qaraqalpaqiya tarixi Xarəzm torpaqlarını əhatə edir. Sahəsi 165.000 km²-dir. Qaraqalpaqıstanın əhalisi 1 milyon 800 min nəfərə yaxındır. Bu əhalinin 500 mini qaraqalpaq, 400 mini özbək, 300 mini qazax, 100 mini isə müxtəlif etnik qruplardan təşəkkül tapır.

Qaraqalpaqlar qazax türklərinə məxsus tayfa kimi tanınır. Dolayıyla bu bölgədə çıxan insidentlərin Qazaxıstana da sıçramaq ehtimalı istisna edilmir.

Qaraqalpaqıstan 1925-ci ilin aprelində Qazaxistan Sovet Sosialist Respublikasının tərkibində muxtar vilayət kimi təsis edilib. 1930-cu il iyulun 20-də müstəqil respublika kimi SSRİ-yə daxil olub. İki il sonra (20 mart 1932) Muxtar Sovet Sosialist Respublikası statusu "qazanıb" və 1936-cı ilin dekabrında Özbəkistan SSR-ə birləşdirilib. 

Qaraqalpaqıstan Respublikasının öz suverenliyi və öz konstitusiyası var. Qaraqalpaqıstan Respublikasının Özbəkistan Respublikasının Konstitusiyası Özbəkistandan ayrılmaq hüququna malikdir.

Dil

Qaraqalpaq ləhcəsi türk dillərinin qıpçaq qrupuna daxildir. Qazax və noqaylara daha yaxındırlar. Sovet hakimiyyəti illərindən qabaq ərəb, 1928-1940-cı illərdə latın, sonra isə kiril əlifbasından da istifadə ediblər.

Əvvəllər Qazaxıstanın tərkibində olan Qaraqalpaq Muxtar Respublikası sanki bugünkü hadisələri törətmək üçün 90 il bundan əvvəl qəsdən ondan alınıb Özbəkistana verilib. Rusiya lazım gələndə Orta Asiyanı bir-birinə düşürmək üçün çox sayda bu cür etnik problemlər yaradıb. Təsadüfi deyil ki, təkcə Fərqanə vadisində 5 respublika ərazində 9 anklav yaradılıb. Qaraqalpaq Muxtar Respublikası Orta Asiyadakı etnik bölgələr arasında ən böyüyüdür.

Orta Asiyada etnik problemin Qazaxıstanla Özbəkistan arasında ciddi insidentlərə yol aça biləcək Qaraqalpaqda başlanması təsadüfi deyil. Bəllidir ki, həm Özbəkistan, həm də Qazaxıstan son zamanlar Rusiyadan kənar siyasət yürütməyə çalışırdı. Xüsusilə Tokayevin bir müddət əvvəl Sankt-Peterburq sammitində Rusiya prezidenti Vladimir Putinə yerini göstərməsinin cavabsız qalmayacağı təxmin olunurdu. Özbəkistan da son zamanlar Taliban Əqanistanı ilə münasibətlərini düzəldib, KTMT-nin müdafiəsinə ehtiyac duymadığını açıqlamışdı. Görünür, Rusiya hər iki dövləti Qaraqalpaq problemi ilə “islah” edərək özünə bağlamağa çalışır. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar