Pentaqon Ukraynaya daha bir hərbi yardım paketinin ayrıldığını təsdiqləyib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 820 milyon dollarlıq əlavə hərbi yardım paketindən gedir.
Buraya HIMARS MLRS üçün döyüş sursatı, 155 mm-lik artilleriya üçün 150 min mərmi, dörd əksbatareya radarı və iki NASAMS hava hücumundan müdafiə sisteminin tədarükü daxildir.
Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden yardım paketinin tezliklə göndəriləcəyini açıqlayıb.
pia.az