Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid övladına təşəkkürnamə və hədiyyə təqdim olundu - Fotolar

15 iyun Milli Qurtuluş günü münasibəti ilə Tərtər rayonunun Heydər Əliyev parkında keçirilən təntənəli bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası”nın tələbələri ilə birgə rayonun Seydimli kəndindən olan şəhid Aysənan Abbasovun qızı 6 yaşlı Banu da çıxış edib. Balaca Banu “Sənət Akademiyası”nın üzvləri ilə birlikdə rayon icra hakimiyyətinin başçısı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.

Bu münasibətlə rayon rəhbəri 1 iyul 2022-ci il tarixdə rayon icra hakimiyyətində şəhid Abbasov Aysənanın ailə üzvlərini və qızı Banunun tərbiyə aldığı Seydimli kənd körpələr evi-uşaq bağçasının müdiri ilə birlikdə qəbul edib. Qəbul zamanı icra başçısı şəhid övladının ailəsinin qayğıları ilə maraqlanıb və ona 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş bayram tədbirində nümunəvi ifasına görə rayon icra hakimiyyəti tərəfindən “Təşşəkürnamə” və qiymətli hədiyyə təqdim edib.

Şəhidin anası Rəna xanım şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar