Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin insanlardan niyə uzaq qaçır? - Rusiya prezidenti zəhərlənmədən qorxur, yoxsa?..

Doğrudanmı iddia olunduğu kimi Rusiya prezidenti ağır xəstədir və onun hər hansı bir virusa yoluxması həyatıi təhlükə yarada bilər?..

Müşviq Hüseynov: “Rusiya prezidenti özünü sui-qəsddən bu yolla sığortalamağa çalışır. Hər kəs bilir ki, adi əl-ələ tutub görüşmədən də insanı texniki olaraq zəhərləyib öldürmək mümkündür”.

Rasif Bağırov: “Ola bilsin ki, Putinin psixoloji vəziyyətində pozğunluq əmələ gəlib və o, hər şeydən həyatı üçün təhlükə görür. Mən buna az ehtimal versəm də, bunu istisna etmirəm”.

Artıq çoxdandır ki, Putinin xəstəliyi haqqında söz-söhbət dolaşmaqdadır. Diqqət çəkən məsələlərdən biri də odur ki, Rusiya prezidenti adamlardan bir ildən çoxdur ki, həddindən artıq uzaq durur. Onun Kremldəki Makronla və digər dövlət baçıları ilə bir neçə metrlik oval masada qarşı-qarşıya oturaraq həmsöhbətlərindən çox uzaq durması da bir zamanlar müzakirə mövzusu olub. Bəzilərinə görə bu, diplomatik qaydalara zidd olaraq, Putinin özünü çox yuxarıdan tutması kimi dəyərləndirilsə də, sonradan Rusiya prezidentinin ümumiyytələ təmasda olduğu insanlarla öz arasında məsafə qoyması bunun heç də belə olmadığını göstərdi.

Srağagün isə Xəzəryanı dövlətlərin Aşqabad Sammitində Putin üç məqamda diqqət çəkdi. Birincisi, onu təyyarənin trampında heç kim qaşılamadı və Rusiya prezidenti heç kimlə əl sıxışmadan maşınına oturdu.

İkincisi məqam dövlət başçılarının toplantı masası idi. Toplantıda prezidentlərin oturduğu masada liderlərin arasındaki arasında məsafə təqribən 4-5 metr idi. Bu məsafənin məhz Putinin istəyinə görə hazırlandığı isə şübhə doğurmur.

Üçüncü məqam isə mətbuat konfransında Putinin tək olması və auditoriyadan kifayət qədər uzaqda olması idi. Putin mətbuat nümayəndələrindən o qədər uzaqda idi ki, bu mənzərə özü-özlüyündə qeyri-normal görünürdü. Bundan əvvəl isə Putinin Kremldə keçirdiyi mətbuat konfransında da eyni mənzərə diqqət çəkmişdi.

Qeyd edək ki, Putinin bu kaprizləri koronavirus pandemiyasından sonra ortaya çıxmağa başlayıb. Ukraynayla müharibə başladıqdan sonra isə onun insanlarla təmasındakı məsafə daha da artıb və demək olar ki, təmaslarını həddindən artıq məhdudlaşdıran Rusiya prezidenti öxünütəcrid qrafikində çalışmaqdadır. Bir çox iddialara görə isə bir müddətdir ki, Rusiya prezidenti normal iş rejimində də Kremldəki kabinetində deyil, bunkerdə çalışır.

Bəs Putinin insanlarla uzaqdan təmasda olması nəylə bağlı ola bilər? Doğrudanmı iddia olunduğu kimi Rusiya prezidenti ağır xəstədir və onun hər hansı bir virusa yoluxması həyatıi təhlükə yarada bilər? Tibb elminin Rusiya prezidentinin bu davranışları ilə bağlı hansısa təsbiti ola bilərmi və hansı xəstəlik, ya da başqa bir səbəb Putini insanlardan bu qədər kənar durmağa məcbur edə bilər?

Tanınmış həkim-farmakoloq Müşviq Hüseynov: “Ola bilsin ki, dünya ölkələri liderləri ilə görüşəndə belə Putin belə bir təhlükəni istisna etmir. Ona görə də o, özünü belə qoruyur. Yəni inanmadığı adamlara yaxın durmur və onları özünə də yaxın buraxmır”.

Bu suallarla müraciət etdiyimiz tanınmış həkim-farmakoloq, “Uluslararası Complete-Pharma Europe” əczaçılıq şirkətinin idxal departamentinin direktoru Müşfiq Hüseynov Putinin məhz virusa yoluxma qorxusu ilə insanlardan uzaq durmasına inanmır. Müşviq Hüseynova görə Rusiya prezidenti siyasi səsblərə görə ən yüksək səviyyəli görüşlərində belə həmsöhbətlərindən uzaq məsafədə durması zəhərlənmə qorxusu ilə əlaqəli ola bilər:

“Mən hesab eləmirəm ki, Putinin son illər davranışlarında yaranan bəzi dəyişikliklər, xüsusən də onun yaxından tanımadığı və etibar etmədiyi insanlardan uzaq məsafədən təmasa keçməsinin tibblə, ya da hansısa xəstəliklə əlaqəsi var. Bunun tibbə aidiyyatı yoxdur. Düşünürəm ki, bu sırf siyasi qərardır və Rusiya prezidenti özünü sui-qəsddən bu yolla sığortalamağa çalışır. Hər kəs bilir ki, adi əl-ələ tutub görüşmədən də insanı texniki olaraq zəhərləyib öldürmək mümkündür. Ola bilsin ki, dünya ölkələri liderləri ilə görüşəndə belə Putin belə bir təhlükəni istisna etmir. Ona görə də o, özünü belə qoruyur. Yəni inanmadığı adamlara yaxın durmur və onları özünə də yaxın buraxmır”.

Belə görünür ki, Putinin dəyişən davranışları ilə bağlı daha çox psixoloqlar hansısa təsbit verə və ehtimal olunan diaqnoz qoya bilərlər. Lakin bu məsələ ilə bağlı bir neçə psixoloqa müraciət etsək də, bildirdilər ki, onlar siyasi məsələlərlə bağlı şərh vermirlər.

Həkim-terapevt Rasif Bağırov: “Yəqin, Putinə deyilib ki, əgər hər hansı bir infeksiya qapılması olarsa, xəstəlik ağırlaşa və vəziyyət çox pis ola bilər. Buna görə də Putin tam olaraq özünü insanlardan təcrid edib”.

Tanınmış həkim-terapevt Rasif Bağırov isə həmkarı Müşviq Hüseynovdan bir qədər fərqli düşünür. Rafis müəllimin fikrincə, böyük ehtimalla Putində elə bir xəstəlik var ki, həmin xəstəlik üçün ən adi şəraitdə baş verən infeksiya da təhlükəlidir və qapılan hər bir infeksiya Rusiya prezidentinin həyatı üçün təhlikə yaradır:

“Putinin vəziyyəti ilə bağlı tibbi nöqteyi-nəzərdən nəsə demək çətin olar. Hal-hazırda pandemiya ilə bağlı Avropa ölkələrində, Rusiyanın özündə, Azərbaycanda elə böyük təhlükə yoxdur. Gündəlik yoluxma ilə bağlı verilən məlumatların özü də bir az nisbi söhbətdir. Amma istənilən halda infeksiya ola bilər. Adətən xəstələrin yanına kimlərsə gələndə deyirlər ki, xələt geyinin ki, xəstəyə hər hansı bir infeksiya keçməsin. Bu tək korona məsələsi deyil, istənilən infeksiya üçün hesab olunan bir qaydadır. Buna görə də dünyanın hər yerində çalışırlar ki, xəstənin yanına gələn adama xəstəxananın paltarını geyindirsinlər ki, xəstəyə infeksiya keçməsini mümkün qədər əngəlləsinlər.

Böyük ehtimalla Putində elə bir xəstəlik var ki, həmin xəstəlik üçün ən adi şəraitdə baş verən infeksiya da təhlükəlidir və qapılan hər bir infeksiya Rusiya prezidentinin həyatı üçün təhlikə yaradır. Putin də buna görə insanlarla təmasdan qaçaraq maksimal dərəcədə özünü qorumağa çalışır. Yəqin, Putinə deyilib ki, əgər hər hansı bir infeksiya qapılması olarsa, xəstəlik ağırlaşa və vəziyyət çox pis ola bilər. Buna görə də Putin tam olaraq özünü insanlardan təcrid edib.

İkinci versiya isə bu ola bilər ki, Putinin psixoloji vəziyyətində pozğunluq əmələ gəlib və o, hər şeydən həyatı üçün təhlükə görür. Mən buna az ehtimal versəm də, bunu istisna etmirəm. Çünki Rusiya prezidentinin baş və digər bədən hərəkətlərində bu psixoloji pozğunluq özünü göstərə bilərdi. Mən sahə üzrə mütəxəssis olmasam da, Rusiya prezidentinin hərəkətlərində bu simptomları görmürəm. Bir əlamətlə Putinin psixoloji durumunun pozulduğunu isə söyləmək doğru olmazdı. demək düz olmazdı”.

Qeyd edək ki, Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (MI6) keçmiş rəhbəri Riçard Dirlov (Richard Dearlove) bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin barəsində sensasiyalı iddialar səsləndirmişdi. Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər Vladimir Putin vəzifəsindən kənarlaşdırılacaq və uzunmüddətli müalicə üçün “sanatoriya”ya yerləşdiriləcək:

“Düşünürəm ki, 2023-cü ildə Putin hakimiyyətdən gedəcək, amma, yəqin ki, sanatoriyaya. Beləliklə, o daha Rusiya lideri olmayacaq, yəni sanatoriyadan qayıtsa belə”, deyə Dirlov bildirmişdi.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar