Bazar, 07 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Şəhid anası: “Qapılarda qalmışam”

“Baş memarın qəbuluna gedirəm, qapını içəridən bağlayırlar, qalıram çöldə…”

Prezident deyir ki, şəhid ailələrinin, qazilərin problemlərini diqqətdə saxlayın, onlarla hörmətlə davranın, ancaq gedirsən icra hakimiyyətinə, məmur qapını arxadan bağlayır, qalırsan çöldə”.

Gəncə sakini Nərminə Məmmədovanın oğlu 28 yaşlı Nicat Qasımov İkinci Qarabağ müharibəsində həlak olub.

Nicatın iki övladı hazırda 5 və 8 yaşlarındadır.

Həyat yoldaşı Gülnişan Qasımova ailənin dolanışığı üçün dövlətin Özünəməşğulluq Proqramına qoşulub. Ona tikiş maşını və dərzilik üçün əlavə ləvazimatlar verilib. Ancaq Gülnişan Qasımova dərzilik fəaliyyətinə başlamaq üçün yer tapmır. Elə Nərminə Məmmədova da xeyli müddətdir ki, buna görə Gəncə Şəhər İcra Hakimiyyətinə gedib gəlir.

Onun gəlişindən xəbər tutan baş memar qapını arxadan kilidləyir, ana da kor-peşman geri qayıdır: “Mənə elə icra hakimiyyətində deyiblər ki, bu işlərə şəhərin baş memarı baxır. Mən də baş memarın qəbuluna düşə bilmirəm. Köməkçisi deyir ki, gözlə, gedim baxım, otağındadır ya yox. Sonra da qapını arxadan bağlayırlar, qalıram qapı arxasında…”.

Nərminə xanım sonuncu dəfə icra hakimiyyətinə ötən həftə gedib, ancaq yenə qapı arxasından qayıdıb.

Nərminə Məmmədova icra hakimiyyətinə həm də yaşadığı küçənin işıq sisteminin bərpa olunması üçün gedib-gəlir.

Dediyinə görə, 3 aydan çoxdur ki, yaşadığı Azərbaycan küçəsi “zülmətə qərq olub”. Küçənin işıqlandırma sistemi sıradan çıxıb. Ancaq aidiyyəti qurumlar problemi həll etmir.

O, bu səbəblə icra hakimiyyətinin məsələyə müdaxilə etməsini istəyib: “3 aydır ki, böyük küçənin bir hissəsi işıqsız qalıb, oğurluq, cinayət artıb. Ya qapı arxasında qalıram, ya da deyirlər, “get, gəlib düzəldəcəklər”. Hər dəfə aldadırlar”.

Nərminə Məmmədovanın başına daha bir maraqlı hadisə gəlib. Bu yaxınlarda Gəncədəki “Təzə bazar” deyilən bazarın açılışına dəvət olunub. Bazarın sahibi bir neçə şəhid ailəsinə qayğı məqsədilə ticarət etmələri üçün onlara bazarda yer ayrıldığını elan edib. Hətta Nərminə Məmmədovaya ümumi sahəsi 40 kvadratmetr olan yer də göstərilib. Ancaq sonradan həmin yer ona verilməyib.

Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Nərminə Məmmədova bir neçə dəfə icra başçısının müavininin qəbulunda olub, ona bir neçə yer təklif olunsa da, razılaşmayıb, nəticədə seçimi özünə buraxıblar.

Dediklərinə görə, təklif ediblər ki, özü yer soraqlasın, icra hakimiyyəti imkanları daxilində həmin yerin şəhid ailəsinin istifadəsinə verilməsinə çalışacaq.

İşıqla bağlı məsələyə gəlincə, qurumdan bildirilib ki, qeyd olunan küçənin işıqlandırma sistemində yaranmış problemlə bağlı aidiyyəti qurumlara müraciət olunub.

Şəhid anasının bu narahatçılığı da dinlənilib və yaxın vaxtlarda problem həllini tapacaq.(aztoday)

pia.az


Etiket:


Digərxəbərlər

Qriqoryandan yeni müharibə anonsu – Ermənistan istəməsə “Laçın dəhlizi”nin marşurutu dəyişməyəcək?..

Əbülfəz Məlikov DGK sədri olmaq istəyir?

Populyar xəbərlər

İllər ərzində AzTV-dən oğurlanan pullar... - Görün haradan çıxdı...

İrəvana gizli zəng edirdik, Bakı dərhal xəbər tutur... – Satanovski

QHT rəhbəri daha bir ilkə imza ataraq dəstək proqramı layihəsini həyata keçirdi - Fotolar

Pakistanlı tələbə Bakıda oturub külli miqdarda pulu necə qazandı?

İctimai TV Xamneyinin iqamətgahı ilə bağlı yanlışlığa görə üzr istədi

Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”

Erməni bloqer prezident İlham Əliyevdən Azərbaycan vətəndaşlığı istəyir

Emin Hüseynov: “Qarabağ iqtisadi rayonunda bərpanın ilk mərhələsi 2026-cı ildə yekunlaşacaq"

Babadağda köməksiz vəziyyətdə qalan üç nəfərin vəziyyəti necədir?

Ceyhun Bayramov gürcü həmkarına təşəkkür edib

Ən çox oxunanalar