Cümə, 19 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İsa Qəmbərin şikayətinə baxılacaq

Bakı İnzibati Məhkəməsi siyasətçi İsa Qəmbərin şikayətinə hakim Orxan Həsənovun sədrliyi ilə baxacaq. Novator.az-a açıqlama verən vəkil Nemət Kərimli deyib ki, ilkin proses iyulun 18-i saat 15:30 təyin olunub.

Şikayət ərizəsində siyasətçinin əmək pensiyası hüququnun pozulduğu qeyd edilir. Nemət Kərimli İsa Qəmbərin xüsusi şərtlərlə əmək pensiyası almalı olduğunu bildirir: “Biz Bakı İnzibati Məhkəməsindən Dövlət Sosial Müdafiə Fondunun boynuna “Əmək pensiyaları haqqında” qanuna riayət etmək, Milli Məclisin sədri olmuş İsa Qəmbərə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsmək öhdəliyi qoyulmasını istəmişik”.

Mayın 11-də İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib.

İsa Qəmbər pensiya yaşına – 65 yaşa 2022-ci il fevralın 24-də çatıb.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

İsa Qəmbər 1992-2014-cü illərdə Müsavatın başqanı olub, hazırda partiya Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus bahalı avtomobillər - Foto

Hərbçimiz qətlə yetirilib, tutulan var - Yenilənib

Vətəndaşlar Kəmaləddin Heydərovun qəbuluna düşə bilmirlər - Video

Kişilərdə keçəlləşməsinin əsl səbəbi budur

Zelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı - Putin ordunu Ukraynadan çıxarmalıdır

Türmə rəisi Emin Həsənovun avtoritet sevgisi - 1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verir?..

Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi - Video, Yenilənib

Ərdoğan və Zelenski arasında görüş olub - Yenilənib

"Dünyada buğdanın qiyməti ucuzlaşıb" - Quterreş

İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb

Ən çox oxunanalar