Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya MN: Son sutkada Ukraynanın 3 hərbi təyyarəsi, 9 PUA-sı vurulub

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus Su-27 qırıcısını və doqquz pilotsuz uçuş aparatını vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya hava hücumundan müdafiə sistemləri “DXR”-in Sofiyevka yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini, habelə Ukraynanın 9 pilotsuz uçuş aparatını “DXR” və Xarkov vilayətinin müxtəlif yaşayış məntəqələri ərazilərində vurub”, deyə məlumatda qeyd olunub.

Rusiya MN-dən o da bildirilib ki, ötən sutka ərzində Rusiya aviasiyası Dnepropetrovsk və Xerson vilayətlərində Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini havada vurub: “Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Dnepropetrovsk vilayətinin Şirokoye və Xerson vilayətinin Arxangelskoye yaşayış məntəqələri ərazilərində havada Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini vurub”.

Nazirlikdən Ukrayna tərəfinin müharibə başlayandan indiyədək verdiyi hərbi itkilər barədə məlumat da açıqlanıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 224 təyyarə, 134 helikopter, 1400 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3859 tank və digər zirehli döyüş texnikası, 698 reaktiv yaylım atəşi sistemi, 3 059 səhra artilleriya qurğusu və minaatan, həmçinin 3 916 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar