Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonun yeni ittifaqı kimlərə qarşıdır? - Hindistan əzəli rəqibini qıcıqlandırmaq istəmir...

NATO Finlyandiya və İsveç hesabına genişlənəcək. Bu həm Avropanın təhlükəsizliyinə, həm də ABŞ-ın maraqlarına cavab verir. Vaşinqton bununla kifayətlənmir. ABŞ yeni ittifaq təsis edib.

Sakit okean bölgəsini əhatə edən ittifaqa ABŞ-la yanaşı Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya və Yaponiya daxildirlər. İttifaqı elan edən dövlətlərin ortaq bəyanatında bildirilib ki, “Partners in the Blue Pacific” (PBP) adı verilən tərəfdaşlıq formatı effektiv əməkdaşlığın inkişafı və regionun ada dövlətlərinə dəstək üzrə növbəti təşəbbüsdür.

Bəyanatda ittifaqın məqsədi barədə bunlar yazılıb: “Beş ölkə Sakit okean prioritetlərini daha effektiv və səmərəli şəkildə dəstəkləmək üçün “Partners in the Blue Pacific” tərəfdaşlığı adlı hərtərəfli qeyri-formal mexanizmi işə salıb. Bu yeni təşəbbüs bizim regiona uzunmüddətli öhdəliyimizə, Sakit okeanın ada ölkələri ilə sıx əlaqələrə və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Biz regionu suverenlik, şəffaflıq, hesabatlılıq prinsiplərinə uyğun olaraq və Sakit okean dövlətlərinin rəhbərliyi və liderliyi altında dəstəkləməsi mövzusunda həmrəyik”.

ABŞ və tərəfdaşları nədən yeni ittifaqa ehtiyac duyublar?

ABŞ və müttəfiqlərinin Rusiya və Çinlə münasibətlərində gərginlik hökm sürərkən bölgədə ittifaqların sayı artır. Bir başqa ittifaqda ABŞ, Avstraliya, Hindistan və Yaponiya yer alıblar.

Yeni ittifaqda Hindistan yoxdur. Görünür, Dehli əzəli rəqibi Çinlə münasibətləri daha da gərginləşdirmək istəmir. Hindistan RusiyaABŞ arasında birmənalı seçim etməkdən çəkinir. Ona görə də Hindistan həm Rusiya və Çinin yer aldığı BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının üzvüdür, həm də ABŞ, Avstraliya və Yaponiya ittifaqında yer alıb. Dehli əlavə ittifaqlarda yer almaq istəmir.

Aydındır ki, ABŞ-ın formalaşdırdığı yeni regional ittifaq da Rusiya və Çinin hegemonluğu əleyhinədir. İttifaq dövlətlərini Çinin kiçik ada dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməsi və həmin adalarda hərbi bazalar yerləşdirmək planları narahat edir. Bölgə ölkələri hələ ki, bu prosesə mane ola bilməyiblər. Çünki ada dövlətlərin maliyyəyə ehtiyacları var. Həmin maliyyəni isə heç bir ilkin şərt irəli sürməyən Çin təmin edir. Ancaq orası da var ki, dövlətlər Çinin borcunu qaytara bilmədiklərində Pekindən asılı vəziyyətə düşürlər.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar