Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmək pensiyaları ilə bağlı qanunda nələr dəyişib? - Detalları açıqlandı

Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Qanunda 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik edilib.

Bunlardan biri - zərərli və ağır işlərdə çalışan şəxslərin pensiyaya çıxmasında yeni güzəştlərdir. Belə ki, həmin şəxslər üçün nəzərdə tutulmuş pensiya yaşına çatdıqda

Kişilərdən:

əvvəl - 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj və fərdi hesabda 48960 manat pensiya kapitalı tələb olunurdu;

bundan sonra - 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 12 il 6 ay zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq.

Qadınlardan:

əvvəl - 10 ili zərərli işlərlə bağlı olan 20 il staj və fərdi hesabda 56160 manat pensiya kapitalı tələb olunurdu;

bundan sonra - 10 ili zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 10 il zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq.

Göründüyü kimi, həmin şəxslərdən pensiyaya çıxmaq üçün tələb olunan pensiya kapitalı 30-38,5 faiz azaldılır.

Bu dəyişiklik hər il orta hesabla əlavə 1000 nəfərin pensiya hüququnun yaranmasına imkan verəcək.

Digər tərəfdən, güzəştli şərtlərlə pensiya təyin edilən şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti də kişilər üzrə 204-dən, qadınlar üzrə 234-dən 144-ə endirilir. Bu da onlara hesablanan pensiya məbləğinin orta olaraq 42-62 faiz artması ilə nəticələnəcək.

Məsələn, güzəştli şərtlərlə pensiya təyin olunan, 60000 manat pensiya kapitalı olan kişiyə 294,12 manat (60000:204), qadına 256,41 manat (60000:234) pensiya təyin olunurdusa, yeni dəyişikliyə əsasən onlara 416,67 manat (60000:144) pensiya təyin olunacaq.

Yeni dəyişiklik ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsində yeni addımların atılmasına da imkan verir:

Ailə başçısını itirməyə görə pensiyanın bir ailə üzvünə düşən hissəsi onun hüququ yaranan müavinətin məbləğindən az olduqda, ona ailə başçısını itirməyə görə pensiya əvəzinə həmin müavinəti almaq hüququ verilir.
Ətraflı

Bu zaman (eləcə də pensiya payını almadığı digər hallarda) onun pensiya payı bərabər şəkildə bölünərək digər ailə üzvlərinin pensiyasına əlavə olunacaq.

Vəfat edən şəxsin pensiya məbləği onun ailə üzvlərinə sonradan ailə başçısını itirməyə görə pensiya kimi təyin ediləndə ötən illərə uyğun şəkildə indeksasiya edilərək artırılacaq.

Məsələn, pensiyası 285 manat olan və 2019-cu ildə vəfat etmiş ailə başçısının həyat yoldaşına 2022-ci ildə ailə başçısını itirməyə görə pensiya təyin edildikdə həmin şəxsə 285 manat deyil, 382,8 manat pensiya təyin ediləcək.

Vəfat etmiş pensiyaçının pensiyasının məbləğinin də o, pensiyaya çıxdıqdan sonra vəfat edənədək topladığı pensiya kapitalı nəzərə alınmaqla ailə üzvünə müvafiq pensiya təyinatı zamanı yenidən hesablanması imkanı yaradılır.

Məsələn, 2017-ci ildə 245 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş şəxs işləməkdə davam edib və 2019-cu ildə vəfat edib. Artıq həmin iki illik dövr üzrə toplanmış pensiya kapitalının da hesablanaraq nəzərə alınmaqla, ailə başçısını itirməyə görə təyin olunan pensiyanın artırılması mümkün olacaq.

“Əmək pensiyaları haqqında” Qanuna digər bir yeni dəyişiklik isə erkən pensiya hüququ olan çoxuşaqlı (5 və daha çox uşağı olan) qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara və atalara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara münasibətdə humanist, güzəştli yanaşmanı nəzərdə tutur.

Belə ki, bu kateqoriyadan olan, erkən pensiya hüququ yaranan şəxslərə:

E-sistem üzərindən, müraciət olunmadan, sənəd təqdim edilmədən, proaktiv qaydada pensiya təyinatı aparılacaq;

Onlardan fərdi hesabında (01.01.2006-01.07.2018-ci il tarixləri üzrə) hər hansı məbləğdə pensiya kapitalı olan şəxslərə 25 il sosial sığorta stajı hədiyyə edilməklə avtomatik pensiya hüququ şamil olunacaq.

Bu dəyişiklik hər il orta hesabla əlavə 960 nəfərin pensiya hüququnun yaranmasına da imkan verəcək. Yeni dəyişikliklə həmçinin:

5 və daha çox uşağı övladlığa götürüb onları 8 yaşınadək tərbiyə etmiş qadınlara,

5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etmiş qəyyum qadınlara,

sağlamlıq imkanları məhdud uşağını 8 yaşadək böyüdən analarla yanaşı, atalara da 5 il daha tez yaşa görə pensiyaya çıxa bilmək hüququ verilir.

Yeni redaksiyada pensiya sisteminin təkmilləşdirilməsi və müvafiq uyğunlaşdırmaların aparılması üçün digər bir sıra əlavə və dəyişikliklər də yer alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar