Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ölkədə sağalmaz xəstəliyə tutulan uşaqlarla bağlı "ölüm qanunu" qüvvəyə minir

Hollandiyada sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlar üçün evtanaziya gündəmdədir.

Hollandiya hökuməti sağalmaq ümidi olmayan və dözülməz ağrılar çəkən 1-12 yaşlı uşaqlara ölüm hüququ (evtanaziya) verməyə hazırlaşır.

Səhiyyə naziri Ernst Kuipers uzun müddətdir koalisiya tərəfdaşları arasında müzakirə olunan məsələ ilə bağlı qanun layihəsi hazırlayıb.

Hökumət qanun layihəsini yeni qanunvericilik ili başlayandan sonra payızda parlamentdən keçirməyi planlaşdırır.

Nazir Kuipers tərəfindən hazırlanan yeni tənzimləmə 1-12 yaşlı uşaqlar üçün "ümidsiz xəstəlik və dözülməz ağrı" ilə evtanaziya hüququnun verilməsi üçün 7 əsas şərti ehtiva edir.

Qanun layihəsinə əsasən, evtanaziya hüququ yalnız "yaxın gələcəkdə ölməsi gözlənilən" uşaqları əhatə edəcək.

Uşağın ümidsiz iztirabını aradan qaldırmaq üçün "ağlabatan imkanın" olmaması şərti axtarılacaq.
Hər iki valideyn evtanaziya barədə razılığa gəlməlidir və onların həkimi ən azı bir müstəqil həkimlə məsləhətləşməlidir.

Evtanaziya ilə bağlı uşağın iradəsi də nəzərə alınacaq. Qanuni olaraq, uşağın ömrünün sonuna razılıq tələb olunmur, ancaq həkim mütləq uşaqla onun anlayış səviyyəsinə uyğun ünsiyyət qurmağa çalışacaq.

Uşağın şifahi və ya şifahi olmayan cavabları nəzərə alınmalıdır. Əgər onun həkimi uşağın evtanaziya istəmədiyi siqnalını alarsa, valideynin razılığı həyatı sonlandırmaq üçün kifayət etməyəcək.
Nazir Kuipers tərəfindən hazırlanan qanun layihəsi müzakirə üçün koalisiya tərəfdaşlarına, həkim təşkilatlarına və Assambleyaya göndərilib.
Ətraflı

Hökumət tənzimləməni oktyabrda Baş Assambleyada müzakirə etməyi planlaşdırır.

Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi əvvəlki hökumət tərəfindən gündəmə gətirilən 12 yaşından kiçik uşaqlar üçün evtanaziya hüququ təklifi koalisiya tərəfdaşları arasında müzakirələrə səbəb olub.

Koalisiyanın ən kiçik tərəfdaşı olan mühafizəkar sağçı Xristian Birlik Partiyası (Kİ) Səhiyyə Nazirliyinin təklifinə qarşı çıxıb.

O vaxtkı Səhiyyə Naziri Hugo de Jonge, Hollandiyalı həkimlərin böyük əksəriyyətinin bu təklifi dəstəklədiyi hesabatını açıqladı və bu hüququn çıxılmaz vəziyyətdə olan uşaqlara verilməsi lazım olduğunu vurğuladı.

Xristian Birlik Partiyası sağalmaq ümidi olmayan uşaqların evtanaziya məsələsinə yeri gələndə yenidən baxacaqlarını bəyan edib.

Hollandiya 2002-ci ildə dünyada 12 yaşdan yuxarı insanlara evtanaziya hüququ verən ilk ölkə olub. Bununla belə, 12 yaşından kiçiklər üçün ölmək hüququ ilk dəfə Belçikada tətbiq edilib.

2014-cü ildə Belçika sağalmaq ümidi olmayan və böyük ağrılar keçirən 12 yaşından kiçik uşaqlar üçün evtanaziya hüququnu qanuniləşdirib.

Ötən il Hollandiyada 12 yaşdan yuxarı 7666 nəfər evtanaziya nəticəsində dünyasını dəyişib. Ömrünə son qoyanların sayı əvvəlki illə müqayisədə 10 faiz artıb.

Hollandiya hökuməti artıq yaşamaq istəməyən yaşı 100-dən yuxarı olan insanlara "şərəfli ölüm" üçün evtanaziya hüququnun verilməsini də müzakirə edir. (Milli.Az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar