Cümə axşamı, 11 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bataqlıqda çabalayan Solovyov və ətrafındakı həşəratların Azərbaycana qarşı növbəti təxribatı - Video  

Ermənipərəst jurnalist, Rusiya təbliğat maşınının qabaqcıl əlaltısı Vladimir Solovyov növbəti dəfə öz iyrənc xislətini nümayiş etdirib.

Qəlbində heç zaman gizlədə bilmədiyi erməni sevgisinin təsiri ilə mənfur erməni xislətinə bürünmüş bu “jurnalist” Azərbaycana qarşı açıq təxribata əl atıb. O, öz canlı efirinə Qarabağdakı separatçıların “XİN rəhbəri” olmaq iddiasındakı David Babayanı dəvət edib.

Özü də çirkin kampaniyaların istehsalçısı olan təbliğat maşınının ən fəal çarxlarından biri olan V.Solovyov özünəxas riyakarlıqla sözügedən separatçını hansısa bir dövlətin rəsmi nümayəndəsi kimi qələmə verib.

Azərbaycan əraziləri ilə bağlı separatçı ilə şirin söhbət edən V.Solovyov, sadəcə pafoslu çıxış etməyə öyrəşmiş ermənini çətin duruma salıb. Qarabağda ermənilərin yaşamasının tarixi barədə danışmaq Babayan üçün heç də asan olmayıb. Görünür, gizli qapılar arxasında faktları saxtalaşdırmaqda mahir olan separatçı canlı efirdə qısa zaman kəsiyində öz xəyal gücünü bir o qədər də fəal istifadə edə bilməyib. O, V.Solovyovun təxribat qoxusu verən bu sualını sadəcə cəfəng bir neçə cümlə ilə ötüşdürməli olub.

Əvəzində isə əqidəsini, peşəsini məkrli maraqlara qurban vermiş “jurnalist” bəh-bəhlə Qarabağa səfəri zamanı eşitdiyi riyakarlıqları dilə gətirib. O, işğal illərində Azərbaycanın Qarabağ bölgəsinə səfər etdiyini erməni müsahibi ilə söhbətdə böyük qürur hissi ilə yada salıb.

Əslində, V.Solovyovun mahiyyəti, onun kimliyi, hansı dairələrin hazırladığı kampaniyaların siması olduğu, kimlərin sifarişi ilə efirə çıxıb təbliğat aparması az-çox hər kəsə bəllidir. Bu propaqanda alətinin əsl üzü hətta Qərbdə belə o qədər tanışdır ki, barəsində çox sayda sanksiyalar da tətbiq olunub.

Azərbaycan ictimaiyyəti üçün də bu erməni xislətinə bürünmüş obraz kifayət qədər yaxşı tanışdır. Vladimir Solovyovun bəlkə də sədaqətlə bağlı olduğu yeganə anlayış onun erməni sevgisidir. Elə həmin sevgi də onu bu gün bütün dünyanın ikrah hissi ilə qarşıladığı, üzərində çoxdan böyük bir əlaltı damğası ilə dolaşan, sözünə, fikrinə və əqidəsinə zərrə qədər etimad bəslənməyən birinə çevirib.

Onun Azərbaycana növbəti dəfə dil uzatmaq cəhdi isə başadüşüləndir. Buna səbəb V.Solovyov və onun kimi dırnaqarası jurnalistlərin gözünü yumub, sadəcə ağzını açmasını sifariş edənlərin Azərbaycanın qüdrətindən keçirdikləri narahatlıqdır. Onlara ən böyük cavab isə Azərbaycanın davamlı inkişafı və hər ötən gün artan nüfuzudur.

V.Solovyovu karvanın arxasınca bu cür hay-küy salmağa vadar edən ermənipərəst sahibləri də Azərbaycan qarşısında öz acizliklərini yaxşı bilirlər. Ona görə də, ən azından Solovyovun ifasında ürək bulandırmaqla təsəlli tapmağa cəhd göstərirlər.

Azərbaycanda isə bu cür aşkar təxribatlar diqqətlə izlənilir. Məsələn, “RİA Novosti” artıq etdiyi səhvin ağır nəticəsi ilə üzləşməli olub.

V.Solovyov isə hər nə qədər özündən razı görünsə də, Bakı üçün onun cılız bir təbliğat fiquru olması gün kimi aydındır.

Bu cür “jurnalist”ləri ifşa etməyə artıq gərək belə qalmayıb. Belələri artıq maskalanmaq ehtiyacı belə duymur. Çünki artıq fərqinə varıblar ki, heç bir maskanın sahib olduqları xisləti gizlədə bilməyəcək.

Odur ki, V.Solovyov düçar olduğu bataqlıqda ətrafına topladığı həşəratlarla heç nəyə nail ola bilməz. Əksinə hər dəfə bu cür çabaladıqca, həmin bataqlığın dibinə enməyə, xidmət etdiyi iyrənc maraqlarla birgə zülmətə qərq olmağa məhkumdur.

pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

İsmayıl Hüseynov istintaqa cəlb edilib? - İttiham var

Hacı Əliyevlə iranlı güləşçi arasında dava düşdü - Anbaan video

Balasanyan Azərbaycan generalları ilə görüşüb? - Laçında nə baş verir?

“Azərbaycan və Türkiyənin bir dövlətə çevrilməsi məsələsi gündəmə gəlsə, yaxşı olar” - Hafiz Hacıyev

İlqar Məmmədov: “Azərbaycan hökuməti məni ölkəyə buraxmayacaq”

“Putin ayrılıq yoluna daşları səssiz-sədasız döşəyəcək” 

"Ən çox şikayət olunan qurum gömrük orqanlarıdır" - Natiq Cəfərli

Ən çox oxunanalar