Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri ilə görüşüb - Foto

28 iyun 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən PİA.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov, Azərbaycan ilə qardaş Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdiyini və qarşılıqlı səfərlərin dinamikasının bu inkişafın bariz göstəricisi olduğunu bildirib. Türkiyə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin inkişaf etdiyi qeyd edilib, bu xüsusda 27 iyun tarixində yeni bir format olan Azərbaycan, Qazaxıstan, Türkiyə xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci görüşünün uğurla keçirildiyi qeyd edilib. Əlaqələrin genişlənməsinin regional sülh və tərəqqiyə müsbət töhfə verdiyi vurğulanıb.

Birol Akgün Azərbaycan ilə təhsil sahəsində uğurla davam edən əməkdaşlığı qeyd edib, gələcək fəaliyyət planları barədə məlumat verib. Azərbaycanın Təhsil Nazirliyi ilə həyata keçirilən uğurlu birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsində maraq ifadə edilib.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparıblar.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar