Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının iclası keçirilib.
APA -nın Rusiya bürosunun məlumatına görə, Xəzəryanı "beşlik" ölkələrinin XİN Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.
İclasda iyunun 29-da keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammitinə hazırlıq müzakirə olunub.
pia.az