Bazar, 07 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Zəngilanda minaaxtaranlar üçün yeni mobil düşərgə salınıb

Azərbaycan Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Zəngilan rayonunda yeni mobil sahə düşərgəsi salınıb.

ANAMA-dan verilən məlumata görə, düşərgənin açılış mərasimində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər məsul vəzifəli şəxslər iştirak ediblər.

Onlar Qarabağ və Şərqi Zəngəzurda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək düşərgə ilə tanış olublar.

Əməliyyat, inzibati və xidməti heyət üçün bütün lazımi şəraitlə və müasir avadanlıqlarla təchiz edilən mobil tipli sahə düşərgəsi yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi üçün nəzərdə tutulmuş müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Həmçinin, burada texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər də mövcuddur. Bununla yanaşı, şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə düşərgə futbol - voleybol meydançası və idman trenajorları ilə təmin edilib.

Qeyd edək ki, konteynerlərdən ibarət mobil tipli sahə düşərgəsi minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşınma üstünlüyünə malikdir.

pia.az


Etiket:


Digərxəbərlər

Qriqoryandan yeni müharibə anonsu – Ermənistan istəməsə “Laçın dəhlizi”nin marşurutu dəyişməyəcək?..

Əbülfəz Məlikov DGK sədri olmaq istəyir?

Populyar xəbərlər

İllər ərzində AzTV-dən oğurlanan pullar... - Görün haradan çıxdı...

İrəvana gizli zəng edirdik, Bakı dərhal xəbər tutur... – Satanovski

Pakistanlı tələbə Bakıda oturub külli miqdarda pulu necə qazandı?

İctimai TV Xamneyinin iqamətgahı ilə bağlı yanlışlığa görə üzr istədi

Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”

Erməni bloqer prezident İlham Əliyevdən Azərbaycan vətəndaşlığı istəyir

Ceyhun Bayramov gürcü həmkarına təşəkkür edib

“Avropa stadionlarından da sosiska iyi gəlir”- Qurban Qurbanov

Kreml Azərbaycan Ordusunun irəliləməsinə mane olmayacaq - Politoloq

“Broker” Əbülfəz Məlikov həbs olunub? - Yenilənib

Ermənistanı xilas etmək üçün Qarabağı qurban verəməliyik - Erməni analitik

Ən çox oxunanalar