Bazar, 14 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Nyu-York meri Azərbaycan səfirləri ilə görüşüb

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkun meri Erik Adamsla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə ABŞAzərbaycan arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək bundan sonra da siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət göstərilməsinin önəmi vurğulanıb.

Şəhər meri ABŞ-ın əhalisinə görə ən böyük şəhəri olan Nyu-Yorkda yaşayan Azərbaycan icmasının aktiv fəaliyyətindən danışıb, müxtəlif peşə sahələrində çalışan həmyerlilərimizin şəhərin müxtəlifliyinə və zənginliyinə töhfə verdiklərini deyib.

Görüşdə yaxın gələcəkdə təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə reallaşdırılacaq layihələr ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Müharibələrin tarixini dəyişdirən silah - Azərbaycan və Türkiyə ordularında HIMARS-ın anoloqu olan silahlar var?

“Böyük qüvvələrin Rusiyanın dağılmasını istəməməsinin 3 səbəbi var”

İranın Azərbaycana ideoloji həmlələri: Kərimə dövləti nədir?

Erməni silahlı dəstələri Şuşa üzərində kəşfiyyata cəhd göstərib - Video

Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı tapşırıqlar verilib

Ramil Quliyev: "Nə vaxtsa Azərbaycana qayıda bilərəm"

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları təsdiqlənib

Zəngilanda ilk ailə təsərrüfatları yaradılıb

İslamiada: Azərbaycan medal sıralamasında 5-cidir

Şeyx Əbdül mobil danışıqları bahalaşdırmağı təklif etdi: “Bir dəqiqənin qiyməti 10 manat olsun”

Ən çox oxunanalar