Bazar, 14 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İƏT rəhbəri Azərbaycandakı nazirlər toplantısının turizmə töhfə verəcəyini bildirib

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İslam Əməkdaşlığı Təşkilatının (İƏT) turizm nazirlərinin 11-ci konfransı çərçivəsində təşkilatın Baş katibi Hissein Brahim Taha ilə görüşüb. İƏT rəhbəri Hissein Brahim Taha Azərbaycanda keçiriləcək nazirlər toplantısının turizmin genişlənəcəyinə töhfə verəcəyini bildirib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, F.Nağıyev İƏT turizm nazirlərinin 11-ci konfransına ev sahibliyi etməkdən məmnunluq duyduğunu qeyd edərək təşkilati dəstəyə görə qurumun Katibliyinə təşəkkürünü bildirib.

Agentlik sədri Baş katibə Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbədən sonra Qarabağda aparılan quruculuq işləri və azad edilmiş torpaqların turizm potensialı haqqında məlumat verərək Hissein Brahim Tahanı Şuşaya dəvət edib.

Həmçinin F.Nağıyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına önəm verdiyini, artıq İƏT ölkələrinin turizm nazirlərinin 2 görüşünün Azərbaycanda keçirildiyini diqqətə çatdırıb.

Öz növbəsində Baş katib göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və iyunun 28-də keçiriləcək nazirlər toplantısının üzv ölkələr arasında turizm əlaqələrinin daha da genişlənəcəyinə töhfə verəcəyinə inamını ifadə edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Müharibələrin tarixini dəyişdirən silah - Azərbaycan və Türkiyə ordularında HIMARS-ın anoloqu olan silahlar var?

Trampdan sənədlərlə bağlı açıqlama - Foto, Yenilənib

Messi 2005-ci ildən bəri ilk dəfə "Qızıl top"a namizədlər siyahısına girməyib

İranın Azərbaycana ideoloji həmlələri: Kərimə dövləti nədir?

“Böyük qüvvələrin Rusiyanın dağılmasını istəməməsinin 3 səbəbi var”

Erməni silahlı dəstələri Şuşa üzərində kəşfiyyata cəhd göstərib - Video

Estoniya və Finlandiya Fin körfəzini Rusiya üçün bağlamaq istəyir

Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı tapşırıqlar verilib

Ramil Quliyev: "Nə vaxtsa Azərbaycana qayıda bilərəm"

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları təsdiqlənib

Zəngilanda ilk ailə təsərrüfatları yaradılıb

Ən çox oxunanalar