Cümə axşamı, 18 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edərək, bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığını bildirib. Dövlətimizin başçısı ölkəmizin İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir. Bununla əlaqədar dövlətimizin başçısı bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğuladı.

Prezident İlham Əliyev həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Dövlətimizin başçısı işğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edildiyini bildirərək bunu xalqımıza qarşı mədəni soyqırımı, bütün müsəlman ölkələrinə qarşı təhqir kimi dəyərləndirib.

O işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələrindən, o cümlədən dini abidələrimizin bərpası istiqamətində görülən işlərdən danışıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini vurğulayıb. Hissein Brahim Taha Azərbaycanın İƏT üçün çox önəmli ölkə olduğunu bildirərək dövlətimizin başçısının lider kimi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, İƏT Prezident İlham Əliyevin üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki mövqeyinin dünya miqyasında təşviq edilməsi üçün yorulmaz səylər göstərir.

Prezident İlham Əliyev BMT tərəfindən də təqdir edilən və İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasının birgə əməkdaşlığının təzahürü olan Bakı Prosesinin mədəniyyətlərarası dialoqa verdiyi töhfəni xüsusi qeyd edib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında həmrəyliyin önəmi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artdığı bildirildi və onun qarşısının alınması istiqamətində birgə fəaliyyətin aparılmasının vacibliyi vurğulanıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İntim videoları yayılan polkovnik saxlanıldı: Rütbəsi geri alındı – Yenilənib

Siyavuş Novruzov FHN əməkdaşlarının görüntüləri barədə: "Elə bil, xüsusi nəsə baş verib"

Arəstə Baxışovanın anasından Qurban Məmmədova: "Azərbaycana gəl, sənin dərsini versinlər"

Tramp Ziya Məmmədovu məhkəməyə verir – Qalmaqalın şok səbəbi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda Müslüm Maqomayevin abidəsinin açılışında iştirak edib - Yenilənib

“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” – Aslan İsmayılov

Tahir Kərimli: “Əxlaqsızlıq tüğyan etməyə başlayanda lokallaşdırmalı idik, meşə bir kibritlə yanır...”

“Sürməli” ilə Sumqayıt hadisələri arasındakı əlaqə: Partlayışın pərdəarxasında bu qüvvə var...

Prezidentin general rütbəsi verdiyi hərbçilər kimdir? - Siyahı

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

“Bəlkə elə sülhməramlıların özləri Azərbaycan ərazilərinə minalar basdırıblar” - Hərbi ekspert

Ən çox oxunanalar