Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində beşmərtəbəli binada uçqun olub.
“Report”un yerli bürosu xəbər verir ki, 5-ci mərtəbədəki mənzilin eyvanının uçması nəticəsində 4-cü mərtəbədəki eyvan da dağılıb.
Hadisə zamanı 40 yaşlı qadın ölüb, digəri isə xəsarətlər alıb. Yaralanan şəxsin hamilə qadın olduğu bildirilir. O, xəstəxanaya çatdırılıb.
Əraziyə polis və xilasedicilər cəlb olunub.
pia.az